Mübtəda və Xəbərin Hazfi 2
مُبْتَدَا və XƏBƏRİNİN HƏZFİ 2
وَ أَمَّا قَوْلُهُ تَعَالَى؛ فَصَبْرٌ جَمِيلٌ Yusuf 18, burada mübtədanın həzfi ehtimalı var, təqdiri belədir; فَأَمْرِي صَبْرٌ جَمِيلٌ, həmçinin xəbərin həzfi ehtimalı da var, təqdiri belədir; فَصَبْرٌ جَمِيلٌ أَجْمَلُ
Allah-u Təalanın bu ayəsinə gəldikdə; فَصَبْرٌ جَمِيلٌ “O halda gözəl bir səbir” Yusuf 18-ci ayədə olduğu kimi, burada iki ehtimal var: mübtədanın həzfi ehtimalı varsa, təqdiri belədir; فَأَمْرِي صَبْرٌ جَمِيلٌ “O zaman mənim işim gözəl bir səbir etməkdir”, həmçinin xəbərin həzfi ehtimalı varsa, təqdiri belədir; فَصَبْرٌ جَمِيلٌ أَجْمَلُ “O halda gözəl bir səbir ən gözəlidir”
Mübtəda və Xəbərin Həzfi 2
Mübtəda və xəbərin həzfində Allah-u Təalanın bu ayəsinə gəldikdə;
فَصَبْرٌ جَمِيلٌ
“O halda gözəl bir səbir” Yusuf 18-ci ayəsində iki ehtimal var. Əgər mübtədanın həzfi ehtimalı varsa, tərkibin təqdiri:
فَأَمْرِي صَبْرٌ جَمِيلٌ
“O zaman mənim işim gözəl bir səbir etməkdir” kimidir. Burada أَمْرِي mübtəda, صَبْرٌ xəbər və جَمِيلٌ isə xəbərin sifətidir.
Əgər xəbər həzfi ehtimalı varsa, tərkibin təqdiri:
فَصَبْرٌ جَمِيلٌ أَجْمَلُ
“O halda gözəl bir səbir ən gözəlidir” kimidir. Bu tərkibdə isə صَبْرٌ mübtəda, جَمِيلٌ mübtədəyə aid sifət və أَجْمَلُ isə mübtədanın xəbəridir.