Mübtəda və Xəbərin Hazfi
مبتدا və xəbərin hazfi
Bir karinə hazfinə dəlalət etdikdə, onların (mübtəda və xəbərdən) birinin hazfi caizdir. Mübtədanın hazfinə misal olaraq ayı müşahidə edən şəxsin sözü: الْهِلاَلُ (Ay) – bunun təqdiri: هَذَا الْهِلاَلُ (Bu ay). Xəbərin hazfinə misal isə onların (ərəblerin) sözü: خَرَجْتُ فَإِذَا السَّبُعُ (Çıxdım, bir də nə görüm, yırtıcı heyvan!) – bunun təqdiri: فَإِذَا السُّبْعُ مَوْجُودٌ (Bir də nə görüm, yırtıcı heyvan var).
Bir karinə hazfinə dəlalət etdikdə, mübtəda və ya xəbərdən birinin hazfi caizdir. Mübtədanın hazfinə misal olaraq ayı müşahidə edən şəxsin:
اَلْهِلاَلُ
"Bu ay" deməsi kimidir. Bu ifadənin əsli:
هَذَا الْهِلاَلُ
"Bu ay" şəklindədir. Burada mübtəda olan هَذَا sözü, müşahidə edən şəxsin diqqəti aya yönəltməsi karinəsi ilə hazf edilmişdir.
Xəbərin hazfinə misal, ərəblərin bu sözü kimidir:
خَرَجْتُ فَإِذَا السَّبُعُ
"Çıxdım, bir də nə görüm, yırtıcı heyvan!" ifadəsi kimidir. Bu ifadənin əsli:
خَرَجْتُ فَإِذَا السَّبُعُ مَوْجُودٌ
"Çıxdım, bir də nə görüm; yırtıcı heyvan var!" kimidir. Bu ifadədə السَّبُعُ sözü mübtəda, مَوْجُودٌ sözü isə xəbərdir.