Hemzədən Əvvəl Gələn Zaid Lîn
وَ إِذَا كَانَ مَا قَبْلَهَا حَرْفَ لِينٍ مَزِيدًا، نُظِرَ؛ فَإِنْ كَانَ يَاءً أَوْ وَاوًا مَدَّتَيْنِ أَوْ مَا يُشْبِهُ الْمَدَّةَ كَيَاءِ التَّصْغِيرِ، جُعِلَتْ مِثْلَ مَا قَبْلَهَا، ثُمَّ أُدْغِمَ فِي آخِرِهِ لِأَنَّ نَقْلَ الْحَرَكَةِ إِلَى هَذِهِ الْأَشْيَاءِ يُفْضِي إِلَى تَحْمِيلِ الضَّعِيفِ فَتُدْغَمُ، نَحْوُ؛ خَطِيَّةٍ وَ مَقْرُوَّةٍ وَ أُفَيِّسٍ. فَإِنْ قُلْتَ؛ يَلْزَمُ تَحْمِيلُ الضَّعِيفِ أَيْضًا فِي الْإِدْغَامِ وَ هُوَ الْيَاءُ الثَّانِيَةُ؟ قُلْنَا؛ اَلْيَاءُ الثَّانِيَةُ أَصْلِيَةٌ فَلاَ تَكُونُ ضَعِيفَةً كَيَاءِ جَيَلٍ
وَ إِذَا كَانَ əgər olarsa, مَا قَبْلَهَا həmzənin ma qabli, حَرْفَ لِينٍ lin hərfi (əlif, vav, ya, digər adı ilə medd hərfləri, lîn hərfləri, əlavə və ya illet hərfləri) مَزِيدًا əlavə olaraq, yəni əlavə gəlmişsə, نُظِرَ o halda baxılır; فَإِنْ كَانَ əgər o lîn hərfi olarsa; يَاءً أَوْ وَاوًا ya və ya vav, مَدَّتَيْنِ medd yəni uzatma üçün gələn, أَوْ və ya, مَا يُشْبِهُ الْمَدَّةَ medd hərfinə bənzəyən şey isə, كَيَاءِ التَّصْغِيرِ tasğir ya'sı kimi, جُعِلَتْ o halda həmzə edilir, مِثْلَ مَا قَبْلَهَا ma qabli kimi yəni həmzədən əvvəlki hərf ya isə həmzə ya olur, vav isə vav olur, ثُمَّ أُدْغِمَ sonra idqam edilir, فِي آخِرِهِ sondakına yəni ikinci hərfə, لِأَنَّ نَقْلَ الْحَرَكَةِ çünki hərəkənin nakli, إِلَى هَذِهِ الْأَشْيَاءِ bu şeylərə yəni hərflərə nakledilməsi, يُفْضِي إِلَى -in nəticəsinə gətirir, تَحْمِيلِ الضَّعِيفِ zəif olanın yüklənməsi, فَتُدْغَمُ nəticədə də idqam edilir, نَحْوُ misalı belədir; خَطِيَّةٌ “günah” əsli خَطِيئَةٌ və مَقْرُوَّةٌ “oxunan, tilavət olunan” əsli مَقْرُوؤَةٌ və أُفَيِّسٌ əsli أُفَيْئِسٌ kimi. فَإِنْ قُلْتَ əgər sən desən ki; يَلْزَمُ تَحْمِيلُ الضَّعِيفِ zəif hərfin hərəkəni yükləməsi lazımdır, أَيْضًا فِي الْإِدْغَامِ idqamda da, وَ هُوَ الْيَاءُ الثَّانِيَةُ və o da ikinci ya'dır, قُلْنَا deyirik ki; اَلْيَاءُ الثَّانِيَةُ أَصْلِيَةٌ ikinci ya əsldir, فَلاَ تَكُونُ ضَعِيفَةً zəif olmaz, كَيَاءِ جَيَلٍ ceyelun جَيَلٌ sözündəki ya kimi.
Mətnin Ümumi Mənası: Həmzənin ma qabli əlavə lîn hərfləri varsa o halda baxılır; əgər bu hərflər medd üçün gəlmiş olan vav və ya isə və ya tasğir ya'sı kimi medd hərfinə bənzəyən bir hərfdirsə o halda həmzə ma qabli kimi edilir və sonra digər hərfə idqam edilir.
Çünki hərəkənin bu şeylərə yəni hərflərə nakledilməsi zəif olan hərfə yüklənməsini ifadə edir və nəticədə idqam edilir, misalları;
خَطِيَّةٌ “günah” əsli خَطِيئَةٌ və مَقْرُوَّةٌ “oxunan, tilavət olunan” əsli مَقْرُوؤَةٌ və أُفَيِّسٌ əsli أُفَيْئِسٌ kimidir.
Əgər sən, idqamda ikinci ya hərfinin yəni zəif hərfin hərəkəni yükləməsi lazımdır desən biz də, idqamda ikinci ya hərfi əsli bir hərfdir və جَيَلٌ sözündəki ya hərfi kimi zəif deyil deyirik.
İllet hərfi: Əlif, vav və ya, misalı; hər hansı bir yerdə olan əlif, vav və ya hərfləri ümumilikdə illet hərfi adlandırılır.
Lîn hərfi: Özünün sakin, amma ma qabli öz cinsindən olmamaqla bərabər hərəkəli əlif, vav və ya, misal; مَالٌ və زَيْلٌ və كَوْنٌ kimi.
Medd hərfi: Əlif, vav və ya sakin, amma ma qabli öz cinsindən hərəkəli, misal; مَا və جُو və بِي kimi.