A. İsim Babı | 15
İSM BABİ
İsm – özü-özündə bir mənanı bildirən, üç zamanın (keçmiş, indiki, gələcək) heç birinə bağlı olmayan kəlməyə deyilir. Onun xüsusiyyətləri: Haqqında danışmaq mümkündür, ona cər hərfi daxil ola bilər, izafə edilə bilər, tənvin alar və müəyyən edilə bilər. İsmin növləri – on beş növdür:
1. Cins ismi
2. Əlam (xüsusi isim)
3. Mərəb (dəyişən isim)
4. Mərəbə tabe olanlar
5. Məbnü (dəyişməyən isim)
6. İki nəfərlik (müsənnə)
7. Cəm (cəmlənmiş isim)
8. Mərifə (müəyyən isim)
9. Nəkirə (naməlum isim)
10. Müzəkkər (kişi cinsli isim)
11. Müənnəs (qadın cinsli isim)
12. Kiçildilmiş isim (musəğğər)
13. Nisbi isim (mənsub)
14. Ədəd isimləri
15. Fəllərlə birləşən isimlər
اَلْاِسْمُ isim, مَا دَلَّ delalet edən şeydir, مَعْنًى bir mənaya, فِي نَفْسِهِ öz nəfsində, غَيْرِ مُقْتَرِنٍ yaxın olmayıb, بِأَحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ üç zamandan birinə, وَ مِنْ حَوَاصِّهِ və ismin xüsusiyyətlərindəndir; أَنَّهُ olması, يَصِحُّ الْحَدِيثُ sözün uyğun olması, عَنْهُ özündən, وَ دَخَلَهُ və ismə daxil olması, حَرْفُ الْجَرِّ hərfi-cər, وَ أُضِيفَ və izafə olunması, وَ نُوِّنَ və nunlanması, yəni tenvin alması, وَ عُرِّفَ və tarif olunması, yəni elif lam ilə marifə olması, وَ أَصْنَافُهُ və ismin növləri; خَمْسَةَ عَشَرَ صِنْفًا on beş növdür; Cins isim, alem isim, mureb isim, mureb ismə tabe olanlar, mebni isim, müsenna isim, cemi isim, marifə və nekire isim, müzekker və müennes isim, musaggar isim, mensub isim, sayı isimləri, fiillərə bitişən isimlər.
İsim Babı
İsim, öz nəfsində bir mənaya delalet edib üç zamandan birinə yaxın olmayan kəlimədir. İsim, özündən xəbər verilməsi uyğun olan, hərfi-cərlərin daxil olması, izafə olunub muzaf olması, tenvin alması və elif lam ilə marifə olması məqbul və məxsus olan kəlimədir. İsim növləri on beşdir;
- Cins isim
- Alem isim
- Mureb isim
- Mureb ismə tabe olan isimlər
- Mebni isim
- Müsenna isim
- Cemi isim
- Marifə isim
- Nekire isim
- Müzekker isim
- Müennes isim
- Musaggar isim
- Mensub isim
- Sayı isimləri
- Fiillərə bitişən isimlər
Bu isim növlərini ardıcıl olaraq araşdıracağıq, inşallah.