d. Sifət-i müşəbbəhe
الصِّفَةُ الْمُشَبَّهَةُ
نَحْوُ؛ كَرِيمٍ وَ حَسَنٍ، عَمَلُهَا كَعَمَلِ فِعْلِهَا، نَحْوُ؛ زَيْدٌ كَرِيمٌ حَسْبُهُ وَ حَسَنٌ وَجْهُهُ
نَحْوُ sifət-i müşəbbəhənin nümunəsi belədir; كَرِيمٌ “Səxavətli” və حَسَنٌ “Gözəl” sözləri kimi. عَمَلُهَا sifət-i müşəbbəhənin əməli, كَعَمَلِ فِعْلِهَا felinin əməli kimidir, yəni كَرِيمٌ sözü cümlədə كَرُمَ kimi əməl edir. نَحْوُ nümunəsi belədir; زَيْدٌ كَرِيمٌ حَسْبُهُ وَ حَسَنٌ وَجْهُهُ “Zeyd, nəsli səxavətli və üzü gözəl olan şəxsdir” kimi. Buradakı كَرِيمٌ və حَسَنٌ sifət-i müşəbbəhələri كَرُمَ və حَسُنَ kimi əməl etmişdir. Tərkibin əsli كَرُمَ زَيْدٌ حَسْبُهُ və حَسُنَ زَيْدٌ وَجْهُهُ kimidir.
Sifət-i Müşəbbəhe
Felinin əməli ilə əməl edən və كَرِيمٌ “Səxavətli” və حَسَنٌ “Gözəl” sözləri kimi sübut, yəni davamlılıq bildirən sözlərdir. İsm-i fail ilə fərqi ondadır ki, ism-i fail hudus mənası daşıyır, yəni əməl edilir və bitir. Amma sifət-i müşəbbəhedə sübut mənası var, o sifət-i müşəbbəhe olan sözün mənası faildə daim olur. Məsələn, ömrü boyu səxavətli olan birinə “kerim” dedikdə bu sifət-i müşəbbəhe olur. Amma bir gün, bir an çox səxavətli olan birinə “kerim” deyə bilmərik. Yalnız ism-i fail kimi istifadə edib “Səxavətli oldu” deyirik. Qısası, ism-i faildəki hudus mənası bir əməlın bir anda edilib bitdiyini, sifət-i müşəbbəhedəki sübut mənası isə bir əməlın daima davam etdiyini bildirir.
Sifət-i müşəbbəhenin nümunəsi;
زَيْدٌ كَرِيمٌ حَسْبُهُ وَ حَسَنٌ وَجْهُهُ
“Zeyd, nəsli səxavətli və üzü gözəl olan şəxsdir” kimi.