b. İsm-i fail
اِسْمُ الْفَاعِلِ
يَعْمَلُ عَمَلَ يَفْعَلُ مِنْ فِعْلِهِ إِذَا كَانَ بِمَعْنَى الْحَالِ أَوِ الْإِسْتِقْبَالِ، نَحْوُ؛ زَيْدٌ ضَارِبٌ غُلاَمُهُ عَمْرًا الْيَوْمَ أَوْ غَدًا. وَ لَوْ قُلْتَ؛ أَمْسِ لَمْ يَجُزْ إِلاَّ إِذَا أُرِيدَ بِهِ حِكَايَةُ حَالٍ مَاضِيَةٍ
يَعْمَلُ ism-i fail əməl edir, عَمَلَ əməli ilə, يَفْعَلُ مِنْ فِعْلِهِ feli əməl edən, إِذَا كَانَ əgər olsa, بِمَعْنَى الْحَالِ أَوِ الْإِسْتِقْبَالِ hal və ya gələcək mənasında, نَحْوُ misalı belədir; زَيْدٌ ضَارِبٌ غُلاَمُهُ عَمْرًا الْيَوْمَ أَوْ غَدًا “Zeyd oğlunu, Amrı bu gün və ya sabah döyəndir” kimi. وَ لَوْ قُلْتَ əgər desən; أَمْسِ “Dün” yəni əvvəlki misalda bu gün və sabah deyildi, sən dün də desən; لَمْ يَجُزْ caiz olmaz, إِلاَّ إِذَا أُرِيدَ بِهِ yalnız onunla məqsəd olunsa, حِكَايَةُ حَالٍ مَاضِيَةٍ keçmiş halın hekayəsi, o halda caiz olar.
İsm-i Fail
Felin icraçısının əməli ilə əməl edir ki, əgər hal və ya gələcək mənası varsa bu əməl baş verir. Misalı belədir;
زَيْدٌ ضَارِبٌ غُلاَمُهُ عَمْرًا الْيَوْمَ أَوْ غَدًا
“Zeyd oğlunu, Amrı bu gün və ya sabah döyəndir” kimi. Əgər sən hal və gələcək mənalarına bir də keçmişi əlavə edib أَمْسِ “Dün” də desən, o halda caiz olmaz. Yalnız keçmiş halın hekayəsi nəzərdə tutulduğu halda أَمْسِ sözü caiz ola bilər.