a. Mastar

اَلْمَصْدَرُ

اَلْمَصْدَرُ؛ هُوَ الْاِسْمُ ألَّذِي يُشْتَقُّ مِنْهُ الْفِعْلُ وَ يَعْمَلُ عَمَلَ فِعْلِهِ، نَحْوُ؛ عَجِبْتُ مِنْ ضَرْبٍ زَيْدٌ عَمْرًا وَ مِنْ ضَرْبٍ عَمْرًا زَيْدٌ. وَ يُضَافُ إِلَى الْفَاعِلِ فَيَبْقَى الْمَفْعُولُ مَنْصُوبًا، نَحْوُ؛ عَجِبْتُ مِنْ ضَرِبِ زَيْدٍ عَمْرًا، أَوْ إِلَى الْمَفْعُولِ فَيَبْقَى الْفَاعِلُ مَرْفُوعًا، نَحْوُ؛ عَجِبْتُ مِنْ ضَرْبِ عَمْرٍو زَيْدٌ، وَ لاَ يَتَقَدَّمُ عَلَيْهِ مَعْمُولُهَ

اَلْمَصْدَرُ masdar; هُوَ الْاِسْمُ ألَّذِي masdar elə bir isimdir ki; يُشْتَقُّ مِنْهُ الْفِعْلُ fiil ondan törəyir, وَ يَعْمَلُ və masdar əməl edir, عَمَلَ فِعْلِهِ fiilinin əməli ilə, نَحْوُ misalı belədir; عَجِبْتُ مِنْ ضَرْبٍ زَيْدٌ عَمْرًا “Zeydin Amra vurmasına təəccübləndim” və عَجِبْتُ مِنْ ضَرْبٍ عَمْرًا زَيْدٌ “Zeydin Amra vurmasına təəccübləndim” kimi, bu ikinci misalda fail ilə meful yer dəyişib. Buradakı masdar olan ضَرْبٌ sözü fiili olan ضَرَبَ kimi əməl edib. وَ يُضَافُ masdar izafə olunur, إِلَى الْفَاعِلِ failinə, فَيَبْقَى الْمَفْعُولُ مَنْصُوبًا meful isə mansub olaraq qalır, نَحْوُ misalı belədir; عَجِبْتُ مِنْ ضَرِبِ زَيْدٍ عَمْرًا “Zeydin Amra vurması xoşuma gəldi” kimi, burada izafə olduğu üçün ضَرْبِ oxunur, أَوْ إِلَى الْمَفْعُولِ və ya masdar mefulə izafə olunur, فَيَبْقَى الْفَاعِلُ مَرْفُوعًا fail də merfu olaraq qalır, نَحْوُ misalı belədir; عَجِبْتُ مِنْ ضَرْبِ عَمْرٍو زَيْدٌ “Zeydin Amra vurmasından təəccübləndim” kimi, وَ لاَ يَتَقَدَّمُ öndə olmur, عَلَيْهِ masdarın önündə, مَعْمُولُهَ masdarın mamulu, yəni masdarın faili və ya mefulu kimi olan sözlər.

Masdar

Fiilin özündən törəyən isimdir. Masdar, fiilinin əməli ilə əməl edir, misalı:

عَجِبْتُ مِنْ ضَرْبٍ زَيْدٌ عَمْرًا

“Zeydin Amra vurmasına təəccübləndim” və,

عَجِبْتُ مِنْ ضَرْبٍ عَمْرًا زَيْدٌ

“Zeydin Amra vurmasına təəccübləndim” kimi, bu ikinci misalda fail ilə meful yer dəyişib. Bu misallarda ضَرْبْ sözü sanki ضَرَبَ sözü kimidir.

Masdar, failə izafə olunur və meful olan söz isə mansub olaraq qalır, misalı belədir:

عَجِبْتُ مِنْ ضَرِبِ زَيْدٍ عَمْرًا

“Zeydin Amra vurması xoşuma gəldi” ifadəsində ضَرْبٌ masdarı həm də muzaftır və faili olan زَيْدْ sözü isə muzafun ileyhdır.

Masdar, mefulə izafə olunur və fail olan söz isə merfu olaraq qalır, misalı belədir:

عَجِبْتُ مِنْ ضَرْبِ عَمْرٍو زَيْدٌ

“Zeydin Amra vurmasından təəccübləndim” ifadəsində ضَرْبٌ masdarı həm də muzaftır və cümlədə meful olan عَمْرٌو sözü isə muzafun ileyhdır.

Masdarın mamulu, yəni yuxarıdakı misallardakı fail və meful kimi sözlər, masdarın önünə keçə bilməzlər.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › a. Mastar
🎓
Xoş gəldiniz! Sual soruşun!