d. Atf-ul-Bəyan
عَطْفُ الْبَيَانِ
وَ هُوَ أَنْ تُتْبِعَ الْمَذْكُورَ بِأَشْهَرِ اسْمَيْهِ، نَحْوُ؛ جَاءَنِي أَخُوكَ زَيْدٌ وَ أَبُو عَبْدِ اللهِ زَيْدٌ
وَ هُوَ və atf ul-beyan, أَنْ تُتْبِعَ tabe edilməsidir, الْمَذْكُورَ zikr olunan sözün, بِأَشْهَرِ اسْمَيْهِ ən məşhur adı ilə, نَحْوُ misalı belədir; جَاءَنِي أَخُوكَ زَيْدٌ “Mənə qardaşın (yəni) Zeyd gəldi” kimi, جَاءَنِي أَبُو عَبْدِ اللهِ زَيْدٌ “Mənə Abdullahın atası (yəni) Zeyd gəldi” kimi.
Atf ul-Beyan
Zikr olunan sözə ən məşhur adını tabe etməkdir, yəni bir sözü atf edərək matuf olan sözə daha da açıqlıq verməkdir, misalları;
جَاءَنِي أَخُوكَ زَيْدٌ
“Mənə qardaşın (yəni) Zeyd gəldi” kimi,
جَاءَنِي أَبُو عَبْدِ اللهِ زَيْدٌ
“Mənə Abdullahın atası (yəni) Zeyd gəldi” kimi.