Kəlimə
اَلْكَلِمَةُ
اَلْكَلِمَةُ لَفْظٌ وُضِعَ لِمَعْنًى مُفْرَدٍ. وَ هِيَ إِمَّا اسْمٌ كَرَجُلٍ وَ إِمَّا فِعْلٌ كَضَرَبَ وَ إِمَّا حَرْفٌ كَقَدْ. لِأَنَّ الْكَلِمَةَ إِمَّا أَنْ تَدُلَّ عَلَى مَعْنًى فِي نَفْسِهَا أَوْ لاَ. فَإِنْ لَمْ تَدُلَّ عَلَى مَعْنًى فِي نَفْسِهَا فَهُوَ الْحَرْفُ، وَ إِنْ دَلَّتْ عَلَى مَعْنًى فِي نَفْسِهَا فَإِمَّا أَنْ يَقْتَرِنَ بِأَحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ ألَّتِي هِيَ الْمَاضِي وَ الْحَالُ وَ الْإِسْتِقْبَالُ، أَوْ لَمْ يَقْتَرِنْ. فَإِنْ لَمْ يَقْتَرِنْ بِهِ فَهُوَ الْاِسْمُ، وَ إِنِ اقْتَرَنَ بِهِ فَهُوَ الْفِعْلُ
اَلْكَلِمَةُ söz, لَفْظٌ bir ifadədir, وُضِعَ qoyulmuşdur, لِمَعْنًى bir məna üçün, مُفْرَدٍ müfrəd olan, وَ هِيَ və söz, إِمَّا اسْمٌ ya isimdir, رَجُلٌ "Adam" kimi, وَ إِمَّا فِعْلٌ ya fiildir, ضَرَبَ "Vurdu" kimi, وَ إِمَّا حَرْفٌ ya da hərfdir, قَدْ "Qəd" kimi, لِأَنَّ الْكَلِمَةَ çünki söz, إِمَّا أَنْ تَدُلَّ ya işarə edir, عَلَى مَعْنًى bir məna, فِي نَفْسِهَا özündə, أَوْ لاَ və ya özündə bir məna işarə etmir. فَإِنْ لَمْ تَدُلَّ əgər işarə etməzsə, عَلَى مَعْنًى bir məna, فِي نَفْسِهَا özündə, فَهُوَ الْحَرْفُ o halda o hərfdir, وَ إِنْ دَلَّتْ əgər işarə edərsə, عَلَى مَعْنًى bir məna, فِي نَفْسِهَا özündə, فَإِمَّا أَنْ يَقْتَرِنَ yaxın olana gəldikdə, بِأَحَدِ الْأَزْمِنَةِ الثَّلاَثَةِ üç zamandan birinə ki o üç zaman ألَّتِي هِيَ الْمَاضِي ya keçmiş zamandır, وَ الْحَالُ və indiki zaman, وَ الْإِسْتِقْبَالُ və gələcək zaman, أَوْ لَمْ يَقْتَرِنْ və ya bu üç zamandan birinə yaxın olmaz, فَإِنْ لَمْ يَقْتَرِنْ بِهِ əgər bu üç zamandan birinə yaxın olmazsa, فَهُوَ الْاِسْمُ o halda o isimdir, وَ إِنِ اقْتَرَنَ بِهِ əgər ona yaxın olarsa, فَهُوَ الْفِعْلُ o halda o fiildir
Söz
Söz: Müfrəd bir məna üçün qoyulan ifadədir. Söz ya isim olur رَجُلٌ kimi, ya fiil olur ضَرَبَ kimi, ya da hərf olur قَدْ kimi. Çünki söz özündə ya bir məna işarə edir, ya da etmir. Söz özündə bir məna işarə etmirsə, o hərfdir. Əgər özündə bir məna işarə edirsə, ya keçmiş, indiki və gələcək olan üç zamandan birinə yaxın olur, ya da olmur. Əgər bu üç zamandan birinə yaxın olmazsa, o isimdir. Əgər yaxın olarsa, o fiildir.
| 1. Özündə bir məna işarə etmirsə, o söz |
| HƏRF |
| 2. Özündə bir məna işarə edirsə, o söz | |
| a. Üç zamandan birinə yaxın olur | b. Üç zamandan birinə yaxın olmur |
| FİİL | İSİM |