2-ci Məsələnin 6-cı Hissəsi
السَّادِسَةُ؛ التَّابِعُ لِمُفْرَدٍ كَالْجُمْلَةِ الْمَنْعُوتِ بِهَا وَ مَحَلُّهَا بِحَسَبِ مَنْعُوتِهَا فَهِيَ فِي مَوْضِعِ رَفْعٍ فِي نَحْوِ؛ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لاَ بَيْعٌ فِيهِ البقرة ٢٥٤، وَ نَصْبٍ فِي نَحْوِ؛ وَ اتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللهِ البقرة ٢٨١، وَ جَرٍّ فِي نَحْوِ؛ لِيَوْمٍ لاَ رَيْبَ فِيهِ آل عمران ٩
السَّادِسَةُ Birinci fəsilin ikinci məsələsinin 7 hissəsindən altıncısı: التَّابِعُ tabe olan, لِمُفْرَدٍ müfrəd sözə, كَالْجُمْلَةِ cümlə kimi, الْمَنْعُوتِ بِهَا tabe olan sifətə mənut olaraq gələn, وَ مَحَلُّهَا və i'rabda məhəli, بِحَسَبِ مَنْعُوتِهَا mənutuna görədir, فَهِيَ فِي مَوْضِعِ رَفْعٍ əgər mənut rafi mövqedədirsə, misalı belədir; مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لاَ بَيْعٌ فِيهِ "Onda alış-veriş olmayan günün gəlməsindən əvvəl" Bəqərə 254, وَ نَصْبٍ فِي نَحْوِ əgər mənut nəsb mövqedədirsə, misalı belədir; وَ اتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللهِ "Onda Allaha döndəriləcəyiniz gündən qorunun" Bəqərə 281, وَ جَرٍّ فِي نَحْوِ əgər mənut cərr mövqedədirsə, misalı belədir; لِيَوْمٍ لاَ رَيْبَ فِيهِ "Onda şübhə olmayan gün üçün" Ali İmran 9
Mətnin Ümumi Mənası: Birinci fəsilin ikinci məsələsinin 7 hissəsindən altıncısı; Sifət olaraq gələn cümlə kimi müfrəd bir sözə tabe olan cümlədir. Belə bir cümlənin məhələn i'rabı mənutuna görədir. Müfrəd mənut əgər rafi mövqedədirsə, misalı:
مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لاَ بَيْعٌ فِيهِ
“Onda alış-veriş olmayan günün gəlməsindən əvvəl” ayə-i kəriməsində يَوْمٌ sözü يَأْتِيَ feilinin faili və mərfudur, لاَ بَيْعٌ فِيهِ cümləsi isə mərfu olan يَوْمٌ sözünün sifətidir və məhələn mərfudur.
Müfrəd mənut əgər nəsb mövqedədirsə, misalı:
وَ اتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللهِ
“Onda Allaha döndəriləcəyiniz gündən qorunun” ayə-i kəriməsində يَوْمًا sözü məf'ulun bihdir, mənsubdur, تُرْجَعُونَ cümləsi isə onun sifətidir və məhələn mənsubdur.
Müfrəd mənut əgər cərr mövqedədirsə, misalı:
لِيَوْمٍ لاَ رَيْبَ فِيهِ
“Onda şübhə olmayan gün üçün” ayə-i kəriməsində يَوْمٍ sözü hərfi cərr ilə məcrurdur, لاَ رَيْبَ فِيهِ cümləsi isə onun sifətidir və məhələn məcrurdur.