Kəlam və Ondan Tərtib Olunanlar
اَلْكَلاَمُ وَ مَا يَتَأَلَّفُ مِنْهُ
Kəlam və ondan tərtib olunanlar
٨ - كَلاَمُنَا لَفْظٌ مُفِيدٌ كَاسْتَقِمْ
İstəkim kimi kəlamımız faydalı sözlərdir
وَ اسْمٌ وَ فِعْلٌ ثُمَّ حَرْفٌ الْكَلِمْ
Və isim, feil, sonra hərf, kəlimlərdəndir
٩ - وَاحِدُهُ كَلِمَةٌ وَ الْقَوْلُ عَمْ
Onun (kəlimin) vahidi, yəni müfrədi "kəlimə" sözüdür, "qəvl" isə ümumidir
وَ كِلْمَةٌ بِهَا كَلاَمٌ قَدْ يُؤَمْ
Kəlimə sözü də kəlamdandır, lakin bəzən kəlamdan məqsəd kəlimə olur
Müsənnif "kəlamımız" deyərkən, nahivçilərin örfündə müəyyən olan "kəlam" sözünü nəzərdə tutaraq, kəlam sözündən məqsədimiz əslində "istəkim" (doğru ol) kimi faydalı bir söz deməkdir. İsim, feil və hərf kəlimlərdir. "Kəlim" sözünün vahidi, yəni müfrədi "kəlimə" sözüdür və "qəvl" deyilən söz isə ümumidir. Kəlimə sözünü bəzən "kəlimətun" kimi də deyirlər, bu "kəlimətun" sözü kəlamdandır və bəzən kəlam əvəzinə məqsəd "kəlimətun" olur. Yəni "Zeyd ayaqdadır" bir kəlamdır, faydalı bir cümlədir, lakin bu tərkibə "kəlimətun" da deyilə bilər.
كَلاَمُنَا kəlamımız, لَفْظٌ söz, مُفِيدٌ faydalı, ـكَ kimi, اِسْتَقِمْ "doğru ol", اسْمٌ isim, وَ فِعْلٌ və feil, ثُمَّ حَرْفٌ sonra hərf, الْكَلِمْ kəlimlər, وَاحِدُهُ kəlim sözünün müfrədi, كَلِمَةٌ sözü, وَ الْقَوْلُ qəvl ilə, عَمْ ümumidir, كِلْمَةٌ kəlimətun, بِهَا onunla, كَلاَمٌ kəlamdır, قَدْ يُؤَمْ bəzən məqsəd olur