Hâl

اَلْحَالُ

وَ هِيَ فَعِل یَا مَفْعُول بِهِ-nin vəziyyətini bildirən kəlmədir, misal; ضَرَبْتُ زَيْدًا قَائِمًا, və halın haqqı nekirə olmaqdır, hal sahibi olan kəlmənin haqqı isə marifə olmaqdır. Əgər hal hal sahibindən əvvəl gəlirsə, hal sahibinin nekirə olması caizdir, misal; جَاءَنِي رَاكِبًا رَجُلٌ

وَ هِيَ və hal olan kəlmə, بَيَانُ bəyanıdır, هَيْئَةِ الْفَاعِلِ أَوِ الْمَفْعُولِ بِهِ fail və ya mefulun vəziyyətinin, misal; ضَرَبْتُ زَيْدًا قَائِمًا "Ayaqda olduğu halda Zeydə vurdum" kimi, وَ حَقُّهَا hal olan kəlmənin haqqı, التَّنْكِيرُ nekirə olmaqdır, وَ حَقُّ ذِي الْحَالِ hal sahibi olan kəlmənin haqqı isə, التَّعْرِيفُ marifə olmaqdır, فَإِنْ تَقَدَّمَ الْحَالُ əgər hal hal sahibindən əvvəl gəlirsə, عَلَيْهِ hal sahibinin, جَازَ تَنْكِيرُهُ o zaman hal sahibinin nekirə olması caizdir, misal; جَاءَنِي رَاكِبًا رَجُلٌ "Minici olduğu halda bir adam mənə gəldi" kimi.

Hal

Fail və ya mefulun vəziyyətini bildirən kəlmədir, misal;

ضَرَبْتُ زَيْدًا قَائِمًا

"Ayaqda olduğu halda Zeydə vurdum" ifadəsində قَائِمًا kəlməsi زَيْدًا kəlməsinin halıdır, mansubdur, nekirədir.

Hal olan kəlmənin haqqı nekirə olmaqdır. Hal sahibi olan kəlmənin haqqı isə marifə olmaqdır. Lakin hal hal sahibindən əvvəl gəlirsə, o zaman hal sahibinin nekirə olması caizdir, misal;

جَاءَنِي رَاكِبًا رَجُلٌ

"Minici olduğu halda bir adam mənə gəldi" ifadəsindəki رَجُلٌ kəlməsi kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Hâl
🎓
Xoş gəldiniz! Sual soruşun!