Məf'ul-u fiyh
اَلْمَفْعُولُ فِيهِ
وَ هُوَ الظَّرْفَانِ؛ ظَرْفُ الزَّمَانِ وَ ظَرْفُ الْمَكَانِ. وَ كُلُّ وَاحِدٍ مِنْهُمَا مُبْهَمٌ وَ مُعَيَّنٌ. فَالزَّمَانُ يُنْصَبُ كُلُّهُ، نَحْوُ؛ أَتَيْتُهُ الْيَوْمَ وَ بُكْرَةً وَ ذَاتَ لَيْلَةٍ. وَ الْمَكَانُ لاَ يُنْصَبُ مِنْهُ إِلاَّ الْمُبْهَمُ، نَحْوُ؛ قُمْتُ أَمَامَكَ. وَ لاَ بُدَّ لِلْمَحْدُودِ مِنْ فِي، نَحْوُ؛ صَلَّيْتُ فِي الْمَسْجِدِ
وَ هُوَ الظَّرْفَانِ və meful-u fih iki zərfdir, ظَرْفُ الزَّمَانِ zaman zərfi və وَ ظَرْفُ الْمَكَانِ məkan zərfi olaraq, وَ كُلُّ وَاحِدٍ مِنْهُمَا və zaman və ya məkan zərflərindən hər biri, مُبْهَمٌ ya mübhəmdir, yəni qeyri-müəyyən, مُعَيَّنٌ ya müəyyən, yəni dəqiqdir. فَالزَّمَانُ zaman zərfinə gəldikdə, يُنْصَبُ كُلُّهُ hamısı mansub olur, نَحْوُ misal: أَتَيْتُهُ الْيَوْمَ "Ona bu gün verdim", بُكْرَةً "səhər", وَ ذَاتَ لَيْلَةٍ "bir gecə" kimi. وَ الْمَكَانُ məkan zərfi isə, لاَ يُنْصَبُ مِنْهُ mansub olmur, İLLA الْمُبْهَمُ yalnız mübhəm olarsa mansub olur, نَحْوُ misal: قُمْتُ أَمَامَكَ "Sənin qarşısında oturdum" kimi. وَ لاَ بُدَّ məhdud üçün, yəni məkanın dəqiq göstərildiyi halda, مِنْ فِي fi harfi-cərindən istifadə etmək vacibdir, misal: صَلَّيْتُ فِي الْمَسْجِدِ "Məsciddə namaz qıldım" kimi.
Məf'ul-u Fih
Zaman və məkan zərfi olmaq üzrə iki zərfdir. Hər biri ya mübhəm olur, ya da müəyyən olur. Zaman zərfləri həmişə mansubdur, misal:
أَتَيْتُهُ الْيَوْمَ
"Ona bu gün verdim" və
بُكْرَةً
"Səhər" və
وَ ذَاتَ لَيْلَةٍ
"Bir gecə" kimi.
Məkan zərfi mübhəm olarsa mansubdur, misal:
قُمْتُ أَمَامَكَ
"Sənin qarşısında oturdum" kimi.
Məkan zərfi üçün məhdudluq, yəni bir sərhəd ifadə edildikdə fi harfi-cərindən istifadə etmək vacibdir, misal:
صَلَّيْتُ فِي الْمَسْجِدِ
"Məsciddə namaz qıldım" kimi.