Məf'ul-u bih

اَلْمَفْعُولُ بِهِ

نَحْوُ؛ ضَرَبْتُ زَيْدًا، وَ يُنْصَبُ بِمُضْمَرٍ، كَقَوْلِكَ لِلْحَاجِّ؛ مَكَّةَ وَ للرَّامِي؛ اَلْقِرْطَاسَ

نَحْوُ misalı belədir; ضَرَبْتُ زَيْدًا “Zeydə vurdum”, وَ يُنْصَبُ بِمُضْمَرٍ və mefulun bih olan söz gizli şəkildə də nasb olunur, كَقَوْلِكَ لِلْحَاجِّ hac üçün hazırlaşan birinə sənin bu sözün kimi; مَكَّةَ “Məkkəyə” kimi, وَ للرَّامِي və atıcı bir şəxs üçün; اَلْقِرْطَاسَ “hədəfə” demək kimi.

Məf'ul bih

Misalı belədir;

ضَرَبْتُ زَيْدًا

“Zeydə vurdum” tərkibində ضَرَبَ keçmiş zaman feli, ona merfu muttasıl zamir birləşməsi ilə sükun üzərində mebni, irabdan məhalli yoxdur. ـتُ merfu muttasıl zamir, məhəllən merfu, fail, زَيْدًا məf'ul bih, mansub, nasb alaməti sonundakı zahir fətə ilədir.

Məf'ulun bih olan söz bəzən gizli şəkildə onu nasb edən amil zikr edilmədən mansub olur, misalları;

Hac üçün hazırlaşan birinə;

مَكَّةَ

“Məkkəyə” yəni Məkkəyə gedirsənmi kimi cavab vermən və,

Atıcı birisi ox və s. atdıqdan sonra ona;

اَلْقِرْطَاسَ

“Hədəfə” yəni hədəfə at demən kimi.

اَلْقِرْطَاسُ sözü kağız deməkdir. Bir atıcı hədəf taxtasına bir şey atanda əgər isabət edərsə, atdığı şeyin hədəf taxtası üzərindəki kağıza isabət etdiyini bildirmək üçün اَلْقِرْطَاسَ deyilir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Məf'ul-u bih
🎓
Xoş gəldiniz! Sual soruşun!