Leyse mənasındakı Mâ və Lâ-nın ismi
وَ اسْمُ مَا وَ لاَ بِمَعْنَى بِلَيْسَ
نَحْوُ؛ مَا زَيْدٌ مُنْطَلِقًا وَ مَا رَجُلٌ خَيْرًا مِنْكَ وَ لاَ أَحَدٌ أَفْضَلَ مِنْكَ
نَحْوُ misalı belədir; مَا زَيْدٌ مُنْطَلِقًا “Zeyd gedici deyil” kimi, وَ مَا رَجُلٌ خَيْرًا مِنْكَ “Səndən daha xeyirli bir adam yoxdur” və لاَ أَحَدٌ أَفْضَلَ مِنْكَ “Səndən daha fəzilətli bir kimsə yoxdur” kimi.
Leyse mənasındakı Mâ və Lâ-nın İsmi
Misalları belədir;
مَا زَيْدٌ مُنْطَلِقًا
“Zeyd gedici deyil” ifadəsindəki mâ, leyseyə oxşar olan və ismini ref, xəbərini nasb edən edatlardandır. زَيْدٌ sözü onun merfu ismi, مُنْطَلِقًا isə mansub xəbəridir.
مَا رَجُلٌ خَيْرًا مِنْكَ
“Səndən daha xeyirli bir adam yoxdur” ifadəsindəki mâ, leyseyə oxşar olan və ismini ref, xəbərini nasb edən edatlardandır. رَجُلٌ sözü onun merfu ismi, خَيْرًا isə mansub xəbəridir.
لاَ أَحَدٌ أَفْضَلَ مِنْكَ
“Səndən daha fəzilətli bir kimsə yoxdur” ifadəsindəki lâ, leyseyə oxşar olan və ismini ref, xəbərini nasb edən edatlardandır. أَحَدٌ sözü onun merfu ismi, أَفْضَلَ isə mansub xəbəridir.