İnne babının xəbəri

وَ الْخَبَرُ فِي بَابِ إِنَّ

وَ حُكْمُهُ حُكْمُ خَبَرِ الْمُبْتَدَإِ إِلاَّ فِي تَقْدِيمِهِ، إِذَا لَمْ يَكُنْ ظَرْفًا، نَحْوُ؛ إِنَّ زَيْدًا مُنْطَلِقٌ، وَ لاَ تَقُولُ؛ إِنَّ مُنْطَلِقٌ زَيْدًا، وَ لَكِنْ تَقُولُ؛ إِنَّ فِي الدَّارِ زَيْدًا

وَ حُكْمُهُ inne babının xəbərinin hökmü, حُكْمُ خَبَرِ الْمُبْتَدَإِ normal olan mübtədanın xəbərinin hökmü kimidir, إِلاَّ فِي تَقْدِيمِهِ lakin inne’nin xəbəri isminə qabağa keçə bilməz, إِذَا لَمْ يَكُنْ ظَرْفًا əgər o xəbər zərf olmazsa, yəni zərf olarsa qabağa keçə bilər, نَحْوُ misalları belədir; إِنَّ زَيْدًا مُنْطَلِقٌ "Şübhəsiz Zeyd gedicidir" kimi, وَ لاَ تَقُولُ belə deyə bilməzsən; إِنَّ مُنْطَلِقٌ زَيْدًا deyə, وَ لَكِنْ تَقُولُ lakin belə deyə bilərsən; إِنَّ فِي الدَّارِ زَيْدًا "Şübhəsiz evdəki Zeyddir" kimi.

İnne Babının Xəbəri

Əsas merfu olan failə ilhak olunanlardan biri də inne və onun bənzərlərinin xəbəri olan merfu sözlərdir. İnne’nin xəbərinin hökmü, mübtədanın xəbərinin hökmü kimidir. Mübtədanın xəbəri mübtəda üzərinə qabağa keçə bilər, lakin inne’nin xəbəri isminin önünə keçə bilməz. Lakin inne’nin xəbəri zərf olarsa, inne’nin isminə qabağa keçə bilər, misalları;

إِنَّ زَيْدًا مُنْطَلِقٌ

"Şübhəsiz Zeyd gedicidir" tərkibində inne, ismini nasb, xəbərini ref edən hərflərdəndir. زَيْدًا sözü inne’nin ismi və mansub, مُنْطَلِقٌ isə inne’nin xəbəri və merfudur.

Aşağıdakı misalda olduğu kimi deyə bilməzsən;

إِنَّ مُنْطَلِقٌ زَيْدًا

Bu tərkibdə inne’nin xəbəri isminin önünə keçmişdir. Bu caiz deyil.

Lakin belə deyə bilərsən;

إِنَّ فِي الدَّارِ زَيْدًا

"Şübhəsiz evdəki Zeyddir" tərkibində زَيْدًا sözü inne’nin ismidir və mansubdur, فِي الدَّارِ zərfi isə inne’nin xəbəridir, mahallen merfudur, inne’nin ismi üzərinə qabağa çəkilmişdir. Yəni inne’nin xəbəri zərf olarsa, isminin önünə keçə bilər.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › İnne babının xəbəri
🎓
Xoş gəldiniz! Sual soruşun!