1-ci Məsələ 2
Sonra cümlə isimlə başlayarsa, ona isim cümləsi deyilir, məsələn: Zeyd ayaqdadır, Şübhəsiz Zeyd ayaqdadır, Zeyd ayaqdadırmı, Zeyd ayaqda deyil. Əgər cümlə fiillə başlayarsa, ona fiil cümləsi deyilir, məsələn: Zeyd qalxdı, Zeyd qalxdımı, Zeydi döydüm, Ey Allahın qulu. Çünki təqdir belədir: Zeydi döydüm, onu döydüm və Allahın qulunu çağırıram.
Əgər belə deyilirsə: Zeyd, onun atası, onun qulu çıxıb gedir, burada Zeyd birinci mübtəda, atası ikinci mübtəda, qulu üçüncü mübtəda, çıxıb gedir üçüncü mübtədanın xəbəri olur. Üçüncü mübtəda və onun xəbəri ikinci mübtədanın xəbəri, ikinci mübtəda və onun xəbəri isə birinci mübtədanın xəbəri olur. Bu cümlənin hamısına böyük cümlə (cümlə-i kübra), "onun qulu çıxıb gedir" isə kiçik cümlə (cümlə-i suğra) deyilir. "Onun atası, onun qulu çıxıb gedir" cümləsi "onun qulu çıxıb gedir"ə görə böyük cümlə, Zeydə görə isə kiçik cümlə olur. Allah-Təalanın "Lakin o Allah mənim Rəbbimdir" (Kəhf 36) ayəsi də buna bənzəyir. Ayənin əsli: "Lakin mən, o Allah mənim Rəbbimdir"dir, əgər belə olmasaydı, "lakin o" deyilərdi.
Sonra cümlə, əgər isimlə başlayırsa, ona isim cümləsi deyilir, misalları:
زَيْدٌ قَائِمٌ
"Zeyd ayaqdadır" və
إِنَّ زَيْدًا قَائِمٌ
"Şübhəsiz Zeyd ayaqdadır" və
هَلْ زَيْدٌ قَائِمٌ
"Zeyd ayaqdadırmı" və
مَا زَيْدٌ قَائِمٌ
"Zeyd ayaqda deyil" kimi.
Əgər cümlə fiillə başlayırsa, ona fiil cümləsi deyilir, misalları:
قَامَ زَيْدٌ
"Zeyd qalxdı" və
هَلْ قَامَ زَيْدٌ
"Zeyd qalxdımı" və
زَيْدًا ضَرَبْتُهُ
"Zeydi, onu (Zeydi) döydüm" və
يَا عَبْدَ اللهِ
"Ey Allahın qulu" kimi. Son iki misalın biri Zeydi olaraq isimlə, digəri də ya nida ilə başlayır. Amma bunların təqdiri:
ضَرَبْتُ زَيْدًا ضَرَبْتُهُ
"Zeydi onu döydüm" və
أَدْعُو عَبْدَ اللهِ
"Allahın qulunu çağırdım" olduğu üçün fiil cümləsidir.
Belə deyiləndə:
زَيْدٌ أَبُوهُ غُلاَمُهُ مُنْطَلِقٌ
"Zeyd, onun atası, onun qulu çıxıb gedir" kimi.
| Böyük cümlə (Cümle-i Kübra) | |||
| Kiçik cümlə (Cümle-i Suğra) | أَبُوهُ | زَيْدٌ | |
| مُنْطَلِقٌ | غُلاَمُهُ | ||
| 3. Mübtədanın Xəbəri | 3.Mübtəda | 2.Mübtəda | 1.Mübtəda |
| مُنْطَلِقٌ | غُلاَمُهُ | أَبُوهُ | زَيْدٌ |
| 2. Mübtədanın Xəbəri | 2.Mübtəda | 1.Mübtəda | |
| مُنْطَلِقٌ | غُلاَمُهُ | أَبُوهُ | زَيْدٌ |
| 1. Mübtədanın Xəbəri | 1.Mübtəda | ||
أَبُوهُ غُلاَمُهُ مُنْطَلِقٌ cümləsini غُلاَمُهُ مُنْطَلِقٌ cümləsinə nisbət etsək cümlə-i kübradır, lakin زَيْدٌ أَبُوهُ غُلاَمُهُ مُنْطَلِقٌ cümləsinə nisbət etsək cümlə-i suğradır.
Allah-Təalanın bu kəlamı onun misalı kimidir;
لَكِنَّا هُوَ اللهُ رَبِّي
"Lakin o Allah mənim Rəbbimdir" kimi. Bunun təqdiri;
لَكِنْ أَنَا هُوَ اللهُ رَبِّي
"Lakin mən, o Allah mənim Rəbbimdir" kimidir. Əgər əsli belə olmasaydı لَكِنَّا deyil لَكِنَّهُ olaraq deyilərdi. Lakinna deyilməsi araya bir أَنَا daxil edilməsi deməkdir. Yəni لَكِنَّا demək لَكِنْ أَنَا deməkdir. Sonra أَنَا هُوَ اللهُ رَبِّي cümləsi yuxarıdakı cümlə kimidir.
| Cümlə-i Kübra | |||
| Cümlə-i Suğra | هُوَ | أَنَا | |
| رَبِّي | اللهُ | ||
| 3. Mübtədanın Xəbəri | 3.Mübtəda | 2.Mübtəda | 1.Mübtəda |
| رَبِّي | اللهُ | هُوَ | أَنَا |
| 2. Mübtədanın Xəbəri | 2.Mübtəda | 1.Mübtəda | |
| رَبِّي | اللهُ | هُوَ | أَنَا |
| 1. Mübtədanın Xəbəri | 1.Mübtəda | ||