1. İsim Fəil

اِسْمُ الْفِعْلِ

كَهَيْهَاتَ وَ صَهْ وَ وَيْ، بِمَعْنَى بَعُدَ وَ اسْكُتْ وَ أَعْجَبُ. وَ لاَ يُحْذَفُ وَ لاَ يَتَأَخَّرُ عَنْ مَعْمُولِهِ. وَ كِتَابَ اللهِ عَلَيْكُمْ النساء ٢٤، مُتَأَوَّلٌ. وَ لاَ يَجُوزُ ضَمِيرُهُ. وَ يُجْزَمُ الْمُضَارِعُ فِي جَوَابِ الطَّلَبِيِّ مِنْهُ، نَحْوُ؛ مَكَانَكِ تُحْمَدِي أَوْ تَسْتَرِيحِي، وَ لاَ يُنْصَبُ

-كَ kimi, هَيْهَاتَ “uzaq oldu”, və صَهْ “sus”, və وَيْ “təəccüblənirəm, vay be” kimi, bu sözlər بِمَعْنَى mənasındadır, بَعُدَ “uzaq oldu”, اسْكُتْ “sus” və أَعْجَبُ “təəccüblənirəm, vay be” sözlərinin. وَ لاَ يُحْذَفُ isim-fel silinməz, وَ لاَ يَتَأَخَّرُ gecikdirilməz, عَنْ مَعْمُولِهِ öz mə’mulundan, وَ كِتَابَ اللهِ عَلَيْكُمْ “Allah sizə vacib etdi” Nisa 24, مُتَأَوَّلٌ bu ayə təvil olunmuşdur, وَ لاَ يَجُوزُ ضَمِيرُهُ isim-felin zamiri açıq olmaz, وَ يُجْزَمُ الْمُضَارِعُ müzari fel cəzm olunur, فِي جَوَابِ الطَّلَبِيِّ مِنْهُ tələbə cavab olaraq, نَحْوُ misal; مَكَانَكِ تُحْمَدِي أَوْ تَسْتَرِيحِي “Yerində qımıldamadan dur! (bu halda) təriflənərsən və ya rahat olarsan” kimi. وَ لاَ يُنْصَبُ buradakı müzari fel nəsb olunmaz.

Felin İsmi & İsim-fel

هَيْهَاتَ بَعُدَ Uzaq oldu
صَهْ أُسْكُتْ Sus
وَيْ أَعْجَبُ Vay be

İsim-fel silinməz və mə’muluna gecikdirilməz. Lakin bu mövzuda belə bir ayə təvil olunmuşdur;

وَ كِتَابَ اللهِ عَلَيْكُمْ

“Allah sizə vacib etdi” kimi. Tərkibin əsli عَلَيْكُمْ كِتَابَ اللهِ "Allahın kitabına sarılın" olması barədə iddialar vardır.

İsim-felin zamiri açıq olmaz. Tələb bildirən isim-felin cavabında müzari fel cəzm olunur, nəsb olunmaz, misal:

مَكَانَكِ تُحْمَدِي أَوْ تَسْتَرِيحِي

“Yerində qımıldamadan dur! (Bu halda) təriflənərsən və ya rahat olarsan” tərkibindəki تَحْمَدِينَ və تَسْتَرِيحِينَ müzari felləri cəzm olunduğuna görə sonundakı nun hərfləri düşmüşdür.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 1. İsim Fəil
🎓
Xoş gəldiniz! Sual soruşun!