Kef Hərfi-Cərr
وَ الْكَافُ؛ لِلتَّشْبِيهِ، نَحْوُ؛ زَيْدٌ كَالْأَسَدِ، وَ ألَّذِي كَزَيْدٍ أَخُوكَ
وَ الْكَافُ və kef hərfi-cərr; لِلتَّشْبِيهِ bənzətmə (təşbih) üçün istifadə olunur; نَحْوُ misalı belədir; زَيْدٌ كَالْأَسَدِ “Zeyd şir kimidir”, وَ ألَّذِي كَزَيْدٍ أَخُوكَ “Qardaşın olan adam Zeyd kimidir”.
Kef Hərfi-Cərr
| لِلتَّشْبِيهِ | Bənzətmə üçün |
Bənzətmə (Təşbih) mənasında istifadə olunması
زَيْدٌ كَالْأَسَدِ
“Zeyd şir kimidir” ifadəsində زَيْدٌ mübtəda, mərfu, rəf əlaməti dammə ilədir. كَ hərfi-cərr, təşbih hərfi, الأَسَدِ məcrur, cərr əlaməti sonunda olan zahir kəsrə ilədir. Cərr və məcrur heç bir şeyə təəlluq etmir. Cərr və məcrurun vaki olan bir sılası olmadığı üçün məhdud bir şeyə təəlluq etməsi mümkün deyil. Lakin ikinci veriləcək misalda sılası vaki olduğu üçün təəlluq etdiyi bir şey vardır.
ألَّذِي كَزَيْدٍ أَخُوكَ
“Qardaşın olan adam Zeyd kimidir” ifadəsində أَلَّذِي ism-i məvsul, mahallən mərfu mübtəda, كَ hərfi-cərr, زَيْدٍ məcrur, cərr və məcrur sılanın müqəddər fiilinə təəlluq edirlər. أَخُو muzaf, mübtədanın xəbəri, mərfu, rəf əlaməti esma-i sittədən olduğu üçün vav ilədir, كَ məcrur muttasıl zamir, muzafun ileyh.