Muzariat Hərfinin Hazfi

وَ حُذِفَ حَرْفُ الْإِسْتِقْبَالِ فِي الْمُخَاطَبِ لِلْفَرْقِ بَيْنَ أَمْرِ الْمُخَاطَبِ وَ أَمْرِ الْغَائِبِ. وَ عُيِّنَ الْحَذْفُ فِي الْمُخَاطَبِ لِكَثْرَةِ الْإِسْتِعْمَالِ وَ مِنْ ثَمَّةَ لاَ تُحْذَفُ مَعَ اللَّامِ فِي مَجْهُولِهِ، أَعْنِي؛ يُقَالُ لِتُضْرَبْ لِقِلَّةِ اسْتِعْمَالِهِ

وَ حُذِفَ və hazf olundu, حَرْفُ الْإِسْتِقْبَالِ muzariat hərfi, فِي الْمُخَاطَبِ müxatab şəkillərdə, لِلْفَرْقِ fərq üçün, fərq olsun deyə, بَيْنَ أَمْرِ الْمُخَاطَبِ müxatab şəkilindəki əmr felilə, yəni emr-i hazır ilə, وَ أَمْرِ الْغَائِبِ emr-i qayıb şəkli arasında, وَ عُيِّنَ الْحَذْفُ və hazf əməli təyin olundu, yəni tətbiq olundu, فِي الْمُخَاطَبِ müxatab şəkilində, لِكَثْرَةِ الْإِسْتِعْمَالِ istifadəsi çox olduğuna görə, وَ مِنْ ثَمَّةَ və bu səbəbdən, لاَ تُحْذَفُ hazf olunmur, مَعَ اللَّامِ lam ilə birlikdə olan, yəni lam-ul-əmr daxil olan muzari feli, elə muzari ki فِي مَجْهُولِهِ məchul formada olan, أَعْنِي yəni nəzərdə tuturam ki, yəni; məchul olaraq يُقَالُ لِتُضْرَبْ “litudrab” deyilir, لِقِلَّةِ اسْتِعْمَالِهِ istifadəsi az olduğuna görə istikbal, yəni muzariat hərfi burada hazf olunmur.

Mətnin Ümumi Mənası: İstikbal hərfi, yəni muzariat hərfi emr-i hazır şəkilində hazf olunur. Bunun səbəbi emr-i qayıb ilə emr-i hazır arasında fərq yaratmaqdır. Emr-i hazırın çox istifadə olunmasına görə hazf əməli emr-i hazırda tətbiq olunmuşdur. Buna görə də, az istifadə olunduğuna görə məchul emr-i qayıb şəkillərində muzariat hərfi hazf olunmur.

Qeyd: Emr-i hazırın məchul şəkillərində də muzariat hərfi hazf olunmur, misal:

أُكْتُبْ

“Yaz” məlum emr-i hazır feli, məchulu isə:

لِتُكْتَبْ

“Yazıl” şəklində olub muzariat hərfi hazf olunmamışdır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Muzariat Hərfinin Hazfi
🎓
Xoş gəldiniz! Sual soruşun!