Muzari feldən Tə hərfinin hazfi
وَ تُحْذَفُ التَّاءُ الثَّانِيَةُ فِي مِثْلِ؛ تَتَقَلَّدُ وَ تَتَبَاعَدُ وَ تَتَبَخْتَرُ، لِإِجْتِمَاعِ الْحَرْفَيْنِ مِنْ جِنْسٍ وَاحِدٍ وَ عَدَمِ إِمْكَانِ الْإِدْغَامِ وَ عُيِّنَتِ الثَّانِيَةُ لِلْحَذْفِ لِأَنَّ الْأُولَى عَلاَمَةٌ وَ الْعَلاَمَةُ لاَ تُحْذَفُ
وَ تُحْذَفُ və hazf olunur, التَّاءُ الثَّانِيَةُ ikinci ta hərfi, فِي مِثْلِ; bu kimi fellərdə; تَتَقَلَّدُ və تَتَبَاعَدُ və تَتَبَخْتَرُ kimi, لِإِجْتِمَاعِ الْحَرْفَيْنِ iki hərfin bir arada olması səbəbindən, مِنْ جِنْسٍ وَاحِدٍ eyni cinsdən olan, وَ عَدَمِ إِمْكَانِ الْإِدْغَامِ və idqam mümkün olmadığı halda, وَ عُيِّنَتِ الثَّانِيَةُ ikinci ta hərfi hazf üçün təyin olunur, لِلْحَذْفِ hazf üçün, لِأَنَّ الْأُولَى çünki birinci ta hərfi, عَلاَمَةٌ işarədir, وَ الْعَلاَمَةُ işarə isə, لاَ تُحْذَفُ hazf olunmaz
Mətnin Ümumi Mənası: تَفَعْلُلْ və تَفَاعُلَ və تَفَعُّلْ bablarının keçmiş zaman vəzinləri تَفَعْلَلَ və تَفَاعَلَ və تَفَعَّلَ şəklindədir və müzari vəzinləri isə يَتَفَعْلَلُ və يَتَفَاعَلُ və يَتَفَعْلَلُ şəklindədir. Əvvəlinə ta gələn müzari vəzinləri bu bablardan olunca, o halda müzari feliin əvvəlində iki ta hərfi olur. Vəzinlərin nümunələri; تَتَكَلَّمُ və تَتَصَالَحُ və تَتَدَحْرَجُ şəklindədir. Əsas mətnimizdən davam etsək, تَتَقَلَّدُ və تَتَبَاعَدُ və تَتَبَخْتَرُ kimi fellərdə ikinci ta hərfi hazf olunur. Çünki eyni cinsdən iki hərf yanaşı gəlib, lakin idqam mümkün olmadığı üçün ikinci ta hərfi hazf üçün təyin olunub. Birinci ta hərfi işarədir, işarə isə hazf olunmaz.
Qeyd: Bu ta hərflərinin hazf olunmaması da mümkündür. Sözün qısalığı üçün hazf əməli baş verir. Bu babların ism-i fail və ya ism-i meful formalarında bu hazf olunan ta-nı görmək də mümkündür, misallar;
تَنَزَّلُ الْمَلاَئِكَةُ
"Mələklər enirlər..." ayəsindəki feli olan تَنَزَّلُ sözünün əsli تَتَنَزَّلُ şəklindədir.
تَدَثَّرَ وَ يَتَدَثَّرُ وَ تَدَثُّرًا
"Gizləndi" felinin müzari formalarında əvvəlinə gələn ta ilə تَتَدَثَّرُ olur və yuxarıdakı qayda üzrə ta hazf olunarsa, ism-i fail və meful formalarında da yer almaz;
مُتَدَثِّرٌ وَ مَتَدَثَّرٌ
"Gizlənən" kimi, ta hərfi olmadan ayədə olduğu kimi;
مُدَّثِّرٌ وَ مُدَّثَّرٌ
"Gizlənən" kimi, və,
مُتَزَمِّلٌ
"Örtünən" ta olmadan;
مُزَّمِّلٌ
"Örtünən" kimi