Muzarinin Mazidən törəməsi
وَ اشْتُقَّ مِنَ الْمَاضِي، لِأَنَّ الْمَاضِي يَدُلُّ عَلَى الثَّبَاتِ وَ زِيدَتْ فِي الْمُسْتَقْبَلِ دُونَ الْمَاضِي لِأَنَّ الْمَزِيدَ عَلَيْهِ بَعْدَ الْمُجَرَّدِ وَ الْمُسْتَقْبَلَ بَعْدَ زَمَانِ الْمَاضِي، فَأُعْطِيَ السَّابِقُ لِلسَّابِقِ وَ اللَّاحِقُ لِلاَّحِقِ
وَ اشْتُقَّ muzari feil mazi feilden türetilib, مِنَ الْمَاضِي mazi feilden, لِأَنَّ الْمَاضِي çünki mazi feil, يَدُلُّ sabitliyə, vücuda işarə edir, عَلَى الثَّبَاتِ sabitliyə, وَ زِيدَتْ və muzariyyat hərfləri artırılıb, فِي الْمُسْتَقْبَلِ muzari feilə, دُونَ الْمَاضِي mazi feilə deyil, لِأَنَّ الْمَزِيدَ çünki mezid, عَلَيْهِ öz üzərinə, yəni mezidun aleyh, بَعْدَ الْمُجَرَّدِ mücerreddən sonra olur, وَ الْمُسْتَقْبَلَ muzari feil, بَعْدَ زَمَانِ الْمَاضِي mazi zamanından sonra gəlir, فَأُعْطِيَ bu səbəbdən verildi, السَّابِقُ sabıq olan yəni keçmişdə olan yəni mücerredlik (hərfdən təcrid olunmuşluq), لِلسَّابِقِ keçmişdə olana yəni mazi feilə, وَ اللَّاحِقُ lahıq olan yəni mezidlik, yəni mezidun aleyhlik, لِلاَّحِقِ lahıq olana yəni sonda olana yəni muzari feilə.
Mətnin Ümumi Mənası: Muzari feil mazi feildən müştəqdir, türemişdir. Çünki mazi feil sabitliyə, yəni keçmişdə olan bir əmələ işarə edir. Buna baxmayaraq muzari feil isə davamlı baş verən hadisələrə işarə edir. Bu səbəbdən keçmişdə olan bir hadisə, indiki hadisədən əvvəl olduğu üçün muzari feil də mazi feildən sonra olduğu üçün, muzari feil mazi feildən türemişdir deyilir. Muzariyyat hərfləri gələcək olana verilmişdir, mazi feilə verilməmişdir. Çünki mezidun aleyh (öz üzərinə artırılan, yəni muzari feil), mücerred olandan (yəni heç hərf almayan, o da mazi feildir) sonra gəlir. Və gələcək (muzari) də, mazi zamandan sonra gəlir. Bu səbəbdən sabıq yəni keçmişdə olan (mücerredlik) mazi feilə, lahıq yəni sonra olan (mezidlik) muzari feilə verilmişdir.
*Mazi feil zaman olaraq muzari feildən əvvəl olduğu üçün keçmişdə qaldığından mazi feilə sabıq, mazi feildən sonra gəldiyi üçün muzari feilə də lahıq deyilir. Mücerredlik yəni yalın olmaq, mezidlik yəni artırılmış olmaqdan əvvəl olduğu üçün Musannıf sabıq olana yəni mazi feilə mücerredlik, lahıq olana yəni muzari feilə də mezidlik verildi dedi.