Darabet ضربت felindəki Tə hərfi
وَ لاَ يَجُوزُ أَنْ يَكُونَ تَاءُ ضَرَبَتْ ضَمِيرًا كَتَاءِ ضَرَبْتُ. لِوُجُودِ عَدَمِ حَذْفِهَا بِالْفَاعِلِةِ الظَّاهِرَةِ، نَحْوُ؛ ضَرَبَتْ هِنْدٌ
وَ لاَ يَجُوزُ caiz deyil, أَنْ يَكُونَ olması, تَاءُ ta’sı, ضَرَبَتْ feilinin, ضَمِيرًا zamir olaraq, كَتَاءِ ta’sı kimi, ضَرَبْتُ feilinin, لِوُجُودِ mövcud olmasıdır, عَدَمِ حَذْفِهَا hazf edilməməsinin, بِالْفَاعِلِةِ الظَّاهِرَةِ zahir fail olsa belə, نَحْوُ misal belədir; ضَرَبَتْ هِنْدٌ “Hind vurdu” kimidir.
Mətnin Ümumi Mənası: Müfrəd müənnəs qaib olan ضَرَبَتْ feilinin sonunda olan te hərfinin, nəfs-i mütəkəllim vahdə olan ضَرَبْتُ feilinin sonunda olan te hərfi kimi olması caiz deyil. Yəni ضَرَبَتْ feilinin sonundakı te te’nis alaməti olduğu halda, ضَرَبْتُ feilinin sonundakı te hərfi isə merfu muttasıl zamirdir. Bunun səbəbi odur ki, ضَرَبَتْ sözünə zahir zamir də gəlsə, ضَرَبَتْ feilinin sonundakı te hərfi hazf edilməz, misal; ضَرَبَتْ هِنْدٌ “Hind vurdu” kimidir. Bu misalda ضَرَبَتْ feil və هِنْدٌ sözləri faildir. Merfu muttasıl zamir eyni zamanda faildir.