Merfu Muttasil Zamirin Gizlənməsi 3
وَ اسْتُتِرَ فِي مُخَاطَبِ الْمُسْتَقْبَلِ وَ مُتَكَلِّمِهِ لِلْفَرْقِ وَ قِيلَ؛ يُسْتَتَرُ فِي هَذِهِ الْمَوَاضِعِ لِوُجُودِ الدَّلِيلِ، وَ هُوَ عَدَمُ الْإِبْرَازِ فِي مِثْلِ ضَرَبَ وَ التَّاءُ فِي مِثْلِ ضَرَبَتْ وَ الْيَاءُ فِي مِثْلِ يَضْرِبُ وَ التَّاءُ فِي مِثْلِ تَضْرِبُ وَ الْهَمْزَةُ فِي مِثْلِ أَضْرِبُ وَ النُّونُ فِي مِثْلِ نَضْرِبُ، وَ هِيَ حُرُوفٌ لَيْسَتْ بِأَسْمَاءٍ وَ الصِّفَةُ فِي مِثْلِ ضَارِبٍ وَ ضَارِبَانِ وَ ضَارِبُونَ
وَ اسْتُتِرَ və gizlənmişdir, فِي مُخَاطَبِ الْمُسْتَقْبَلِ muzari müxatəb feilində, وَ مُتَكَلِّمِهِ və mütəkəllimində, لِلْفَرْقِ aralarında fərq olduğu üçün, وَ قِيلَ və deyilmişdir; يُسْتَتَرُ zamirin gizlənməsi, فِي هَذِهِ الْمَوَاضِعِ bu yerlərdə, لِوُجُودِ الدَّلِيلِ dəlilin mövcud olması ilədir, وَ هُوَ və bu da; عَدَمُ الْإِبْرَازِ ibrazın olmamasıdır, فِي مِثْلِ məsələn ضَرَبَ feilində olduğu kimi, وَ التَّاءُ və dəlil olaraq tə hərfi, فِي مِثْلِ məsələn ضَرَبَتْ feilində olduğu kimi, وَ الْيَاءُ və ya hərfi, فِي مِثْلِ məsələn يَضْرِبُ feilində olduğu kimi, وَ التَّاءُ müxatəbda tə hərfi تَضْرِبُ feilində olduğu kimi, وَ الْهَمْزَةُ və həmzə, أَضْرِبُ feilində olduğu kimi, وَ النُّونُ və nun, فِي مِثْلِ məsələn نَضْرِبُ feilində olduğu kimidir, وَ هِيَ bu sadalanan tə, həmzə, ya və nun, حُرُوفٌ hərflərdir, لَيْسَتْ بِأَسْمَاءٍ isim deyillər, وَ الصِّفَةُ bu sadalanan sifətlər ضَارِبٍ və ضَارِبَانِ və ضَارِبُونَ kimi ifadələrdə də hərfdirlər.
Mətnin Ümumi Mənası: Zamirlərin gizləndiyi beşinci yer muzari feilinin mütəkəllim və müxatəb olan yerləridir. Bunun səbəbi isə mazi və muzari arasında fərq olmasıdır. Yəni mazi mütəkəllim və müxatəbdə zamir gizlənmir, muzari mütəkəllim və müxatəbdə zamir gizlənir, bu da mazi və muzari arasında fərq olması üçündür.
| Muzari | Mazi |
| أَضْرِبُ | ضَرَبْتُ |
| نَضْرِبُ | ضَرَبْنَا |
| تَضْرِبُ | ضَرَبْتَ |
Bir fikrə görə zamirlərin sadalanan yerlərdə gizlənib digər yerlərdə gizlənməməsinin səbəbi, burada dəlilin olmasındandır və ibrazın olmamasındandır;
| mazı müfred müzekker qayıb | ضَرَبَ |
| müfred müənnəs qayıbə | ضَرَبَتْ |
| muzari müfred müzekker qayıb | يَضْرِبُ |
| Nəfs-i mütəkəllim vahdə | أَضْرِبُ |
| Nəfs-i mütəkəllim məal qeyr | نَضْرِبُ |
| Müfred müxatəb | تَضْرِبُ |
Muzari feilinin əvvəlinə gələn a-t-y-n sözləri hərfdir, isim deyildir. Bundan əlavə, müfred müənnəs qayıbənin sonunda olan səkin tə tə'nis əlamətidir. Müfred müzekker qayıbdə isə müzekkerlik əlamətinə ehtiyac yoxdur və zamiri də gizli "huvə" sözüdür. Aşağıdakı sifətlərdə də vəziyyət belədir,
| müstətirdir | ضَارِبٌ |
| Əlif təsniyə əlaməti | ضَارِبَانِ |
| Vav cəmi əlaməti | ضَارِبُونَ |