Qərb və Terrorizm
الغرب و الإرهاب
Qərb və Terrorizm
اعتبر الرئيس في خطاب له اليوم الأحد أن تعامل الغرب مع الإرهاب مازال يتسم بالنفاق
Prezident bazar günü etdiyi çıxışında Qərbin terrorizmə qarşı münasibətinin hələ də ikiüzlülüklə xarakterizə olunduğunu qeyd etdi.
و قال الرئيس في خطاب له خلال لقائه رؤساء و أعضاء المنظمات الشعبية و النقابات المهنية و غرف الصناعة و التجارة و الزراعية و السياحة اليوم الأحد
Prezident bazar günü keçirilən görüşdə xalq təşkilatlarının, peşə birliklərinin, sənaye, ticarət, kənd təsərrüfatı və turizm palatalarının rəhbərləri və üzvləri ilə görüşündə çıxışında dedi ki;
إنه على الرغم من تعقيدات الوضع في ليبيا فقد زالت الغشاوة عن كثير من العقول و سقطت الأفنعة عن كثير من الوجوه و هوت بحكم الواقع مصطلحات مزيفة و فضحت أكاذيب أرادوا للعالم أن يصدقها
Liviyadakı mürəkkəb vəziyyətə və bir çox insanın düşüncəsindəki aydınsızlıqlara baxmayaraq, bir çoxlarının üzlərindəki maskalar düşdü, saxta ifadələr ifşa olundu və dünyaya inandırmaq istədikləri yalanlar ortaya çıxdı.
و أضاف أن "الإرهاب فكر مريض و عقيدة منحرفة و ممارسة شاذة نشأت و كبرت في بيئات اساسها الجهل و التخلف إضافة إلى سلب حقوق الشعوب و استحقارها و لا يخفى على احد أن الإستعمار هو من أسس لكل هذا العوامل و رسخها و مازال"
O əlavə etdi ki, terrorizm xəstə bir düşüncə, sapmış bir ideologiya və qaydalardan kənar bir davranışdır, hansı ki, əsasını cəhalət və gerilik təşkil edən mühitlərdə yaranıb və böyüyüb. Bundan əlavə, xalqların hüquqlarının əllərindən alınması və alçaldılması da bu prosesə səbəb olub. Hər kəsə məlumdur ki, məhz müstəmləkəçilik bütün bu amilləri yaradıb və hələ də mövcuddur.
و تابع أن من يريد مكافحة الإرهاب فإنمه بالسياسات العاقلة الواقعية المبنية على العدل و احترام إرادة الشعوب في تقرير مصيرها و إرادة شؤونها و استعادة حقوقها المبنية على نشر المعرفة و المكافحة الجهل و تحسين الاقتصاد و توعية المجتمع و تطويره
O vurğuladı ki, kim terrorizmlə mübarizə aparmaq istəyirsə, bu mübarizə xalqların öz taleyini müəyyən etmək iradəsinə hörmət, işlərinin idarə olunması, biliklərin yayılması, hüquqlarının bərpası, cəhalətlə mübarizə, iqtisadi inkişaf, cəmiyyətin maarifləndirilməsi və inkişafı kimi prinsiplərə əsaslanan və ədalətə söykənən real və ağıllı siyasətlərlə mümkündür.
