Mərfu müttəsil zamirin gizlədilməsi
وَ الْمَرْفُوعُ الْمُتَّصِلُ يَسْتَتِرُ فِي خَمْسَةِ مَوَاضِعَ، فِي الْغَائِبِ، نَحْوُ؛ ضَرَبَ وَ يَضْرِبُ وَ لِيَضْرِبْ وَ لاَ يَضْرِبْ، وَ فِي الْغَائِبَةِ، نَحْوُ؛ ضَرَبَتْ وَ تَضْرِبُ وَ لِتَضْرِبْ وَ لاَ تَضْرِبْ، وَ فِي الْمُخَاطَبِ ألَّذِي فِي غَيْرِ الْمَاضِي، نَحْوُ؛ تَضْرِبُ وَ إِضْرِبْ وَ لاَ تَضْرِبْ. وَ يَاءُ تَضْرِبِينَ عَلاَمَةُ الْخِطَابِ وَ فَاعِلُهُ مُسْتَتِرٌ عِنْدَ الْأَخْفَشِ وَ عِنْدَ الْعَامَّةِ هِيَ ضَمِيرٌ بَارِزٌ لِلْفَاعِلِ كَوَاوِ يَضْرِبُونَ. وَ عُيِّنَ الْيَاءُ لَمَجِيئِهِ فِي هَذِي أَمَةُ اللهِ، لِلتَّأْنِيثِ. وَ لَمْ يُزَدْ فِي تَضْرِبِينَ مِنْ حُرُوفِ أَنْتِ لِلْإِلْتِبَاسِ بِالتَّثْنِيَةِ فِي زِيَادَةِ الْأَلِفِ وَ اجْتِمَاعِ النُّونَيْنِ فِي النُّونِ وَ تَكْرَارِ التَّائَيْنِ فِي التَّاءِ. وَ أُبْرِزَ الْيَاءُ لِلْفَرْقِ بَيْنَهُ وَ بَيْنَ جَمْعِهِ وَ لَمْ يُفْرَقْ بِحَرَكَةِ مَا قَبْلَ النُّونِ حَتَّى لاَ يَلْتَبِسَ بِالنُّونِ الثَّقِيلَةِ فِي الصُّورَةِ. وَ لاَ بِحَذْفِ النُّونِ حَتَّى يَلْتَبِسَ بِالْمُذَكَّرِ الْمُخَاطَبِ
وَ الْمَرْفُوعُ الْمُتَّصِلُ və merfu muttasıl zamir, يَسْتَتِرُ gizlənir, فِي خَمْسَةِ مَوَاضِعَ beş yerdə; Birincisi فِي الْغَائِبِ qayıblarda, نَحْوُ misalı belədir; ضَرَبَ və يَضْرِبُ və لِيَضْرِبْ və لاَ يَضْرِبْ kimi. İkincisi وَ فِي الْغَائِبَةِ qayıblərdə, نَحْوُ misalı belədir; ضَرَبَتْ və تَضْرِبُ və لِتَضْرِبْ və لاَ تَضْرِبْ kimi. Üçüncüsü وَ فِي الْمُخَاطَبِ müxatablarda, ألَّذِي o ki, فِي غَيْرِ الْمَاضِي keçmişdən başqa olan, نَحْوُ misalı belədir; تَضْرِبُ və إِضْرِبْ və لاَ تَضْرِبْ kimi. وَ يَاءُ və ya hərfi, تَضْرِبِينَ felindəki, عَلاَمَةُ الْخِطَابِ xitab əlamətidir, وَ فَاعِلُهُ faili də, مُسْتَتِرٌ gizlidir, عِنْدَ الْأَخْفَشِ Əxfəşə görə, وَ عِنْدَ الْعَامَّةِ ümumi fikrə görə də, هِيَ o ya hərfi, ضَمِيرٌ بَارِزٌ açıq zamirdir, لِلْفَاعِلِ fail üçün, كَوَاوِ vav hərfi kimidir, يَضْرِبُونَ felindəki. وَ عُيِّنَ الْيَاءُ və ya hərfi təyin olundu, لَمَجِيئِهِ gəlməsi ilə, فِي bu misalda هَذِي أَمَةُ اللهِ “Bu Allahın qadın qulu” misalında هَذِي sözündəki ya hərfi kimi, لِلتَّأْنِيثِ tə'nis üçün. وَ لَمْ يُزَدْ və artırılmadı, فِي –də, تَضْرِبِينَ felində, مِنْ حُرُوفِ hərflərindən, أَنْتِ sözünün, لِلْإِلْتِبَاسِ qarışacağı üçün, بِالتَّثْنِيَةِ tə'sniyə ilə, فِي زِيَادَةِ الْأَلِفِ əlifin artırılması ilə, وَ اجْتِمَاعِ bir arada olması, النُّونَيْنِ iki nunun, فِي النُّونِ o enti sözündən nun əlavə olunması ilə, وَ تَكْرَارِ التَّائَيْنِ iki ta'nın təkrarı, فِي التَّاءِ o enti sözündən ta əlavə olunması ilə. وَ أُبْرِزَ الْيَاءُ və تَضْرِبِينَ felindəki ya hərfi ibraz olundu, لِلْفَرْقِ fərq üçün, بَيْنَهُ özü ilə, وَ بَيْنَ جَمْعِهِ cəmi arasında, وَ لَمْ يُفْرَقْ fərq qoyulmadı, بِحَرَكَةِ hərəkədə,
Nun hərfinin mə qabli, yəni nun hərfindən əvvəlki vəziyyətdə, elə ki, qarışmasın, şiddətli nun ilə, yəni nun-u tə’kidli feil ilə, şəkil baxımından və nunun hazfi olmaz, elə ki, qarışmasın, müzekkər müxatəbə. Metnin ümumi mənası: Merfu muttasıl zamirlər 5 yerdə müstətir olaraq gəlirlər. Birincisi, ضَرَبَ və يَضْرِبُ və لِيَضْرِبْ və لاَ يَضْرِبْ kimi ifadələrdə olduğu kimi, qayıblarda. İkincisi, ضَرَبَ və يَضْرِبُ və لِيَضْرِبْ və لاَ يَضْرِبْ kimi ifadələrdə olduğu kimi, qayıblərdə. Üçüncüsü, تَضْرِبُ və إِضْرِبْ və kimi, məzinin xaricindəki müxatablarda olduğu kimi. تَضْرِبِينَ feilindəki ya hərfi Ahfeşə görə xitab alamətidir və faili isə müstətirdir. Ümumi fikrə görə isə تَضْرِبِينَ feilindəki ya hərfi يَضْرِبُونَ feilində olan cəmaat vavı kimi açıq zamir olub, faildir. تَضْرِبِينَ feilindəki ya hərfinin fail zamiri kimi təyin edilməsi هَذِي أَمَةُ اللهِ misalındakı ya hərfinin müənnəslik üçün gəlməsi üçündür, yəni ona nəzərən. تَضْرِبِينَ feilindəki أَنْتِ ifadəsindəki hərflərdən biri artırılmadı. Çünki əgər أَنْتِ ifadəsindən elif əlavə olunsa, تَضْرِبِينَ ifadəsi تَضْرِبَانِ olub təsniyə ilə qarışacaqdı. Əgər أَنْتِ ifadəsindən nun əlavə olunsa, تَضْرِبِينَ ifadəsi تَضْرِبِنْنَ olub iki nun bir yerdə olacaqdı. Əgər أَنْتِ ifadəsindən te əlavə olunsa, تَضْرِبِينَ ifadəsi تَضْرِبَتْنَ olacaqdı və feilinin əvvəlindəki te hərfi ilə birlikdə iki te hərfi təkrar olunacaqdı. Buna görə də تَضْرِبِينَ feilindəki ya hərfi özü və cəmisi arasında fərq olması üçün açıq edildi. Çünki تَضْرِبِينَ feilindəki ya hərfi hazf olunsaydı, yəni müstətir sayılsaydı, o halda تَضْرِبِينَ ifadəsi تَضْرِبنَ olub cəmisi ilə qarışacaqdı. Bunu önləmək üçün ya açıq oldu. تَضْرِبِينَ feili ilə cəmisi olan تَضْرِبْنَ feili arasında sondakı nun hərfindən əvvəlki hərfin hərəkəsində dəyişiklik edərək də fərq yaradılmadı, çünki edilsəydi, şəkil baxımından nun-u müşəddədli feil ilə cəmisi qarışa bilərdi. Belə ki, تَضْرِبِينَ feilindən ya hərfi hazf olunub تَضْرِبِنْ olsa və nun hərfinin əvvəli kəsrəli olsa, cəmisi isə تَضْرِبْنَ olsa, müfrəd müənnəs müxataba ilə cəmi müənnəs müxataba bir-birinə qarışmazdı. Lakin müfrəd müənnəs müxataba olan تَضْرِبِنْ ifadəsi nun-u tə’kidli olan muzari feil تَضْرِبِنْ və ya تَضْرِبَنَّ və ya تَضْرِبُنْ və s. feilləri ilə hərəkəsiz halda qarışma olacağından bu da edilməmişdir. تَضْرِبِينَ feilindən nun hərfi də müfrəd müzekkər müxataba olan feil ilə qarışmasın deyə hazf edilməmişdir. Yəni تَضْرِبِينَ ifadəsindən ya hərfi müstətir olsun və feil تَضْرِبِنْ olsun və bundan da nun hərfi hazf edilsin. O zaman müfrəd müzekkər müxataba olan تَضْرِبُ ilə qarışardı.