Məcrur müttəsil zamirlər

وَ اثْنَا عَشَرَ لِلْمَجْرُورِ الْمُتَّصِلِ، نَحْوُ؛ ضَارِبُهُ إِلَى ضَارِبِنَا. وَ فِي مِثْلِ ضَارِبُويَ، جُعِلَ الْوَاوُ يَاءً ثُمَّ أُدْغِمَ كَما فِي مَهْدِيٍّ

وَ اثْنَا عَشَرَ on iki zamir, لِلْمَجْرُورِ الْمُتَّصِلِ mecrur muttasıl zamirlər üçün nəzərdə tutulub, نَحْوُ misal olaraq; ضَارِبُهُ sözündən başlayıb إِلَى, ضَاربُنَا sözünə qədər, وَ فِي مِثْلِ və belə ضَارِبُويَ kimi sözlərdə, جُعِلَ الْوَاوُ vav hərfi ya hərfi kimi olur, ثُمَّ أُدْغِمَ sonra idqam edilir, كَما فِي bu مَهْدِيٍّ sözündə olduğu kimi.

Mətnin Ümumi Mənası: On iki zamir də mecrur muttasıl zamirlər üçündür. Bilindiyi kimi, mecrur olmaq izafət və ya hərfi-cərr ilə baş verir. Buna görə mecrur muttasıl zamirlər fellərə və isimlərə muzafun ileyh kimi, hərfi-cərrlərə isə cərrin mecruru kimi birləşirlər.

Mecrur Muttasıl Zamirlər
İsim Fell Hərf
بَيْتُهُ ضَرْبُهُ عَلَيْهِ
بَيْتُهُمَا ضَرْبُهُمَا عَلَيْهِمَا
بَيْتُهُمْ ضَرْبُهُمْ عَلَيْهِمْ
بَيْتُهَا ضَرْبُهَا عَلَيْهَا
بَيْتُهُمَا ضَرْبُهُمَا عَلَيْهِمَا
بَيْتُهُنَّ ضَرْبُهُنَّ عَلَيْهِنَّ
بَيْتُكَ ضَرْبُكَ عَلَيْكَ
بَيْتُكُمَا ضَرْبُكُمَا عَلَيْكُمَا
بَيْتُكُمْ ضَرْبُكُمْ عَلَيْكُمْ
بَيْتُكِ ضَرْبُكِ عَلَيْكِ
بَيْتُكُمَا ضَرْبُكُمَا عَلَيْكُمَا
بَيْتُكُنََّ ضَرْبُكُنَّ عَلَيْكُنَّ
بَيْتِي ضَرْبِي عَلَيَّ
بَيْتُنَا ضَرْبُنَا عَلَيْنَا

ضَارِبُويَ kimi misallarda isə vav hərfi ya hərfinə çevrilir və bir yerə gələn iki ya hərfi idqama girir, məhz مَهْدِيُّ sözündə olduğu kimi. ضَارِبُويَ sözü əvvəlcə ضَارِبُييَ olur, sonra ضَارِبِيي olur və sonra ضَارِبِيٌّ olur. Çünki vav ilə ya bir yerdədirsə, vav sakin, ya hərəkəli isə vav ya hərfinə çevrilir. Vavdan munkalib ya hərfinin ma qabli də təbii olaraq dammə qalır. Buna görə də ya hərfinin ma qablinin məksur olması lazımdır və misaldakı ba hərfi kəsrəli edilir. Sonra vav hərfindən munkalib ya ilə sözün ya hərfi idqama girirlər. İ'ləl qaydaları Sarf elminə aid dərslərdə ətraflı izah olunub.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Məcrur müttəsil zamirlər
🎓
Xoş gəldiniz! Sual soruşun!