Kəlimə
اَلْكَلِمَةُ
اَلْكَلِمَةُ قَوْلٌ مُفْرَدٌ. وَ هِيَ اسْمٌ وَ فِعْلٌ وَ حَرْفٌ. فَأَمَّا الْاِسْمُ؛ فَيُعْرَفُ بِأَلْ كَالرَّجُلِ، وَ بِالتَّنْوِينِ كَرَجُلٍ، وَ بِالْحَدِيثِ عَنْهُ كَتَاءِ ضَرَبْتُ. وَ هُوَ ضَرْبَانِ: مُعْرَبٌ؛ وَ هُوَ مَا يَتَغَيَّرُ آخِرُهُ بِسَبَبِ الْعَوَامِلِ الدَّاخِلَةِ عَلَيْهِ، كَزَيْدٍ. وَ مَبْنِيٌّ؛ وَ هُوَ بِخِلاَفِهِ كَهَؤُلاَءِ فِي لُزُومِ الْكَسْرِ. وَ كَذَلِكَ حَذَامِ وَ أَمْسِ فِي لُغَةِ الْحِجَازِيِّينَ. وَ كَأَحَدَ عَشَرَ وَ أَخَوَاتِهِ فِي لُزُومِ الْفَتْحِ. وَ كَقَبْلُ وَ بَعْدُ وَ أَخْوَاتِهَا فِي لُزُومِ الضَّمِّ إِذَا حُذِفَ الْمُضَافُ إِلَيْهِ وَ نُوِيَ مَعْنَاهُ. وَ كَمَنْ وَ كَمْ فِي لُزُومِ السُّكُونِ وَ هُوَ أَصْلُ الْبِنَاءِ
اَلْكَلِمَةُ söz, قَوْلٌ kəlamdır, مُفْرَدٌ müfrəd olan, وَ هِيَ və söz, اسْمٌ isimdir, فِعْلٌ felidir, وَ حَرْفٌ və hərfdir. فَأَمَّا الْاِسْمُ ismə gəldikdə; فَيُعْرَفُ tanınır, بِأَلْ əlif-lam ilə, الرَّجُلُ kimi, وَ بِالتَّنْوِينِ və tənvin ilə, رَجُلٌ kimi, وَ بِالْحَدِيثِ عَنْهُ ondan xəbər verməklə, ضَرَبْتُ sözündəki تَاء ta kimi, وَ هُوَ ضَرْبَانِ isim iki hissəyə bölünür; birincisi مُعْرَبٌ mürəb isim; وَ هُوَ və o mürəb isim, مَا يَتَغَيَّرُ dəyişən şeydir, آخِرُهُ sonundakı, بِسَبَبِ الْعَوَامِلِ amillər səbəbindən, الدَّاخِلَةِ عَلَيْهِ üzərinə daxil olan, كَزَيْدٍ sözündəki amil kef və mamul Zeyd kimi. İkincisi وَ مَبْنِيٌّ məbni isim; وَ هُوَ بِخِلاَفِهِ mürəb ismin əksidir, هَؤُلاَءِ kimi, فِي لُزُومِ الْكَسْرِ kəsrin lüzumunda, وَ كَذَلِكَ eyni şəkildə حَذَامِ "xüsusi isim", وَ أَمْسِ "dün" kimi sözlərdə də belədir, فِي لُغَةِ الْحِجَازِيِّينَ hicazilərin lüğətinə görə, أَحَدَ عَشَرَ "on bir" sayı kimi, وَ أَخَوَاتِهِ və oxşarları, فِي لُزُومِ الْفَتْحِ fətənin lüzumunda, وَ كَقَبْلُ və قَبْلُ kimi, və بَعْدُ kimi, وَ أَخْوَاتِهَا və oxşarları, فِي لُزُومِ الضَّمِّ dammənin lüzumunda, إِذَا حُذِفَ الْمُضَافُ إِلَيْهِ izafədən çıxarıldıqda, وَ نُوِيَ مَعْنَاهُ və mənası niyyət edildikdə, və مَنْ وَ كَمْ sözləri kimi, فِي لُزُومِ السُّكُونِ sükunun lüzumunda, وَ هُوَ أَصْلُ الْبِنَاءِ və sükun bu məbniliyin əsasıdır.
Kəlimə
Kəlimə müfrəd bir kəlamdır və isim, feli və hərf olmaqla 3 hissədə araşdırılır. İsminə gəldikdə; الرَّجُلُ sözündəki kimi əlif-lam ilə, رَجُلٌ sözündəki tənvin ilə, ضَرَبْتُ sözündəki ta zamiri ilə özündən xəbər verməklə muarrefdir, yəni tanınır. İsim, mürəb və məbni olmaqla iki hissəyə bölünür.
Mürəb İsim: Amillərin üzərinə daxil olması ilə sonu dəyişən isimlərdir, كَزَيْدٍ sözündəki kimi. [Bu sözdə amil hərf-i cerr olan kef, mürəb isim isə Zeyd sözüdür]
Məbni İsim: Mürəb ismin tam əksidir. Kəsrin lüzumunda هَؤُلاَءِ kimidir və Hicazilərin lüğətində də حَذَامِ və أَمْسِ kimidir. Fətənin lüzumunda أَحَدَ عَشَرَ və qardaşları kimidir. Dammənin lüzumunda özünə izafə olunan söz silinib mənası niyyət edilərsə قَبْلُ və بَعْدُ sözləri və oxşarları kimidir. Sükunun lüzumu halında كَمْ və مَنْ sözləri kimidir. Sükun, bir sözün məbni olmasının əsasıdır.