Müəllifin Mukəddiməsi
Şeyx imam, alim, allamə, öndə gedənlərin gözəlliyi və qiraətçilərin tacı, Əbu Amr, Sibəveyh və Fərranın xatirəsi, Əbu Məhəmməd Abdullah ibn Yusuf ibn Abdullah ibn Hişam əl-Ənsari dedi – Allah onun qəbrini geniş etsin. Həmd, Allahadır – öz cəlalına təvazö göstərənlərin dərəcəsini yüksəldən, fəzilətinə şükür edənlər üçün bərəkət qapılarını açan Allahadır. Salat və salam, fəsahətin onun üzərinə çadırını qurduğu, bəlağətin onunla qurşağını bağladığı, aydın ayələr və dəlillərlə göndərilmiş, "onda heç bir əyrilik olmayan ərəb dili Qur'an" onun üzərinə nazil olmuş Məhəmmədə, hidayət verən ailəsinə və dini ucaldan, şərəfləndirən, hörmətli və böyük edən səhabələrinə olsun. Allah onları şərəfləndirsin, hörmətli və uca etsin.
قَالَ dedi, deyən şəxs; الشَّيْخُ şeyx "elmə sahib yaşlı", الْإِمَامُ həmçinin imam "öndər", اَلْعَالِمُ "alim" və də الْعَلاَّمَةُ "çox bilən", جَمَالُ الْمُتَصَدِّرِينَ "öndə gedənlərin gözəlliyi, üzü, ən öndə olanı", وَ تَاجُ الْقُرَّاءِ qiraətçilərin başçısı "tacı", تَذْكِرَةُ xatirəsi, أَبِي عَمْرٍو Əbu Amrın, وَ سِيبَوَيْهِ Sibəveyhin, وَ الْفَرَّاءِ və Fərranın... ki o şəxs; أَبُو مُحَمَّدٍ Əbu Məhəmməd, عَبْدُ اللهِ Abdullah, بْنُ يُوسُفَ ibn-i Yusuf, بْنِ عِبْدِ اللهِ ibn-i Abdullah, بْنِ هِشَامٍ İbn-i Hişam, اَلْأَنْصَارِي əl-Ənsari, فَسَحَ اللهُ Allah genişlətsin, فِي قَبْرِهِ qəbrini. اَلْحَمْدُ لِلهِ həmd Allahadır, رَافِعِ الدَّرَجَاتِ dərəcələri yüksəldən, لِمَنِ انْخَفَضَ لِجَلاَلِهِ cəlalına təvazö göstərən üçün, وَ فَاتِحِ الْبَرَكَاتِ bərəkətləri açan, لِمَنِ انْتَصَبَ hər kim intisab edərsə, لِشُكْرِ şükrünə, إِفْضَالِهِ onun fəzilətinə, وَ الصَّلاَةُ وَ السَّلاَمُ və salat və salam, عَلَى مَنْ o şəxsə ki, مَدَّتْ عَلَيْهِ الْفَصَاحَةُ fəsahət onun üzərinə qurdu, رِوَاقَهَا çadırını, وَ شَدَّتْ بِهِ الْبَلاَغَةُ bəlağət onu bağladı, نِطَاقَهَا qurşağını, الْمَبْعُوثِ göndərilmiş, بِالْآيَاتِ الْبَاهِرَةِ aydın (qalib olan) ayələr ilə, وَ الْحَجَجِ və dəlillər ilə, الْمُنَزَّلِ عَلَيْهِ onun üzərinə nazil oldu, قُرْآنٌ عَرَبِيٌّ ərəb dili Qur'an, غَيْرُ ذِي عِوَجٍ əyrilik olmadan, وَ عَلَى آلِهِ الْهَادِينَ və hidayət verən ailəsinə, وَ أَصْحَابِهِ və səhabələrinə, أللَّذِينَ ki o şəxslər, شَادُوا الدِّينَ dini ortaya çıxardılar, şad etdilər, وَ شَرَّفَ وَ كَرَّمَ وَ عَظَّمَ Allah onları şərəfləndirsin, hörmətli və uca etsin.
Mətnin Ümumi Mənası: Şeyx, imam, alim, allamə və öndə gedən alimlərin ən yaxşısı, qiraət alimlərinin tacı, Əbu Amr, Sibəveyh və Fərranın xatirəsi, Əbu Məhəmməd Abdullah ibn-i Yusuf ibn-i Abdullah ibn-i Hişam əl-Ənsari dedi ki; Həmd, Allahın cəlalına təvazö göstərənin dərəcəsini yüksəldən, fəzilətinə şükür edən üçün bərəkət qapılarını açan Allahadır. Salat və salam, fəsahətin onun üzərinə çadırını qurduğu, bəlağətin isə onunla qurşağını bağladığı aydın ayələr və dəlillərlə göndərilmiş, "onda heç bir əyrilik olmayan ərəb dili Qur'an"ın üzərinə nazil olduğu Məhəmmədə, hidayət verən ailəsinə, dini ortaya çıxaran səhabələrinə olsun. Allah onları şərəfləndirsin, hörmətli və uca etsin.
Rivak və ya Revak: Evin giriş hissəsindəki dam, sundurma.