Fail və İrabı
Fildən sonra gələn və həmin fili edən (icra edən) mübtədaya və ya məf'ula dəlalət edən ifadədir. Fail, filin özü ilə bərabər olan mərfu ifadədir.
-Fili edəni bildirən ifadə;
قَامَ زَيْدٌ
Zeyd qalxdı
-Filin özü ilə bərabər olduğu ifadə;
إِنْكَسَرَ الزُّجَاجُ
Şüşə sındı
Bu misalda "şüşə" ifadəsi faildir, amma fili icra edən deyil, tıpkı;
مَاتَ زَيْدٌ
Zeyd öldü
Bu misalda "Zeyd" ifadəsi zahirən mərfu faildir, amma əslində ölüm işini həyata keçirən o deyil.
*Fil failin önünə keçə bilməz. Əgər keçərsə, fail mübtəda olur, məsələn;
زَيْدٌ جَاءَ
Zeyd gəldi
"Zeyd" ifadəsi mübtədadır.
*Faillərin amili ən güclü şəkildə fil olur. Lakin şibh-i fil, isim fil, ism-i təfdil, sifət-i müşəbbəh və s. ola bilər.
*Faillər açıq isim kimi gəldiyi kimi, zamir şəklində də gələ bilərlər.
*Fail zahir isim olduqda, cüt və ya cəm olsa belə, fil müfrəd olur. Fail filin önünə keçərsə, o halda tam uyğunluq yaranır.
*Fail və fil arasında müzekkərlik və müənnəslik baxımından uyğunluq var
*Faildən əvvəl zaid hərf-i cerrlər gələ bilər
|
جَاءَ الْمُهَنْدِسُونَ Mühəndislər gəldi |
||||||
| فِعْلٌ مَاضٍ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ | جَاءَ | |||||
| Mazi fil, fətah üzərə məbni, irabdan yeri yoxdur | ||||||
| فَاعِلٌ، مَرْفُوعٌ، وَ عَلاَمَةُ رَفْعِهِ الْوَاوُ نِيَابَةً عَنِ الضَّمَّةِ لِأَنَّهُ جَمْعُ مُذَكَّرٍ سَالِمٌ. وَ النُّونُ؛ عِوَضٌ عَنِ التَّنْوِينِ فِي مُفْرَدِهِ | الْمُهَنْدِسُونَ | |||||
| Fail, mərfu, ref əlaməti cəm müzekkər salim olduğu üçün dammədən niyabətən vavladır | ||||||
|
||||||
|
كَافَأَ الطَّالِبَ مُعَلِّمُهُ Müəllimi tələbəyə mükafat verdi |
||||||
| فِعْلٌ مَاضٍ، مَبْنِيٌّ عَلَى الْفَتْحِ، لاَ مَحَلَّ لَهُ مِنَ الْإِعْرَابِ | كَافَأَ | |||||
| Mazi fil, fətah üzərə məbni, irabdan yeri yoxdur | ||||||
| مَفْعُولٌ بِهِ مُقَدَّمٌ، مَنْصُوبٌ، وَ عَلاَمَةُ نَصْبِهِ الْفَتْحَةُ الظَّاهِرَةُ فِي آخِرِهِ | الطَّالِبَ | |||||
| Müqəddəm məf'ulun bih, nəsb əlaməti sonundakı zahir fətədir | ||||||
| فَاعِلٌ، مَرْفُوعٌ، وَ عَلاَمَةُ رَفْعِهِ الضَّمَّةُ الظَّاهِرَةُ فِي آخِرِهِ وَ هُوَ مُضَافٌ | مُعَلِّمُ | |||||
| Fail, mərfu, ref əlaməti sonundakı zahir dammədir və eyni zamanda muzafdır | ||||||
| ضَمِيرٌ مُتَّصِلٌ،، مَبْنِيٌّ عَلَى الضَّمِّ، فِي مَحَلِّ جَرٍّ مُضَافٌ إِلَيْهِ | ـهُ | |||||
| Bitişik zamir, dammə üzərə məbni, muzafun ileyh olub cərr məhəlindədir (məhalən məcrur) | ||||||
|
||||||