b1. Lazım Olan Mebniyy-i Arız
وَ اللَّازِمُ; Mebniyy-i arızın lazım olanı – o elə bir sözlərdir ki, mebni olmaqdan ayrılmaz. Bunlar: zamirlər, işarət isimləri, eyyu və eyyetu istisna olmaqla ism-i mevsullar (çünki eyyu və eyyetu murebdir), ism-i fiillər (bunların haqqında əvvəl danışılmışdır), feâli vəznində olan masdarlar, məsələn: فَجَارِ (qadın adı), sıfat olaraq فَسَاقِ (ey fasiq qadın), müənnəs isim olaraq, məsələn: حَذَامِ (Hazam – qadın adı) hicaz əhli üçün və səslərdir.
Metnin ümumi mənası:
Mebni sözlər iki növdür, onların ikinci növü mebniyy-i arızdır və bu da iki növdür. Birinci növ – lazım olan mebniyy-i arız sözlərdir. Lazım olan mebniyy-i arız sözlər heç vaxt mebni olmaqdan ayrılmaz. Bunlar: zamirlər, işarət isimləri, eyyu və eyyetu istisna olmaqla ism-i mevsullar. Eyyu və eyyetu olan ism-i mevsullar murebdir. Feâli vəznində olan masdarlar (məsələn فَجَارِ – qadın adı), sıfat olaraq فَسَاقِ (fasiq qadın), hicaz əhli üçün müənnəs isim olaraq حَذَامِ (Hazam – qadın adı) və səslərdir. Səslər – yəni esvat – haqqında növbəti dərsdə danışacağıq.