d. Sonunda Ma Qabli Məksur Ya Hərfi Olan Ləfiz

وَ الرَّابِعُ؛ مَا فِي آخِرِهِ يَاءٌ مَكْسُورٌ مَا قَبْلَهَا وَ إِنْ حُذِفَ لِإِلْتِقَاءِ السَّاكِنَيْنِ، فَإِنْ كَانَ اِسْمًا فَرَفْعُهُ وَ جَرُّهُ تَقْدِيرِيٌّ، نَحْوُ؛ اَلْقَاضِي وَ قَاضٍ. وَ إِنْ كَانَ فِعْلاً فَرَفْعُهُ فَقَطْ تَقْدِيرِيٌّ إِنْ لَمْ يَلْحَقْ بِآخِرِهِ ضَمِيرٌ مَرْفُوعٌ، نَحْوُ؛ يَرْمِي وَ تَرْمِي وَ أَرْمِي وَ نَرْمِي

الرَّابِعُ təqdiri irabın olduğu 7 yerdən dördüncüsü; مَا elə bir mürəb söz ki, فِي آخِرِهِ sonunda vardır, يَاءٌ مَكْسُورٌ kəsrəli ya hərfi, مَا قَبْلَهَا əvvəlində kəsrə, وَ إِنْ حُذِفَ əgər o ya hərfi hazf olunsa ki, لِإِلْتِقَاءِ السَّاكِنَيْنِ bu hazf iki sakin hərfin qarşılaşmasını aradan qaldırmaq üçündür, فَإِنْ كَانَ əgər belə bir söz, اِسْمًا isim olsa, فَرَفْعُهُ onun ref halı, وَ جَرُّهُ və cər halı, تَقْدِيرِيٌّ təqdiri irabla olur, misal; اَلْقَاضِي "Hakim" və قَاضٍ "Hakim" kimi. وَ إِنْ كَانَ فِعْلاً əgər belə bir söz fiil olsa, فَرَفْعُهُ ref halı, فَقَطْ yalnız, تَقْدِيرِيٌّ təqdiri irabla olur, إِنْ لَمْ يَلْحَقْ əgər sonuna, بِآخِرِهِ merfu zamir əlavə olunmasa, misal; يَرْمِي "atır", تَرْمِي "atırsan", أَرْمِي "atıram", نَرْمِي "atırıq" kimi.

Mətnin Ümumi Mənası: Təqdiri irabın olduğu 7 yerdən dördüncüsü elə bir mürəb isimdir ki, sonunda və əvvəlində kəsrəli ya hərfi olan bir hərf vardır. Bu ya hərfi iki sakin hərfin qarşılaşması zamanı hazf edilə bilər. Əgər belə bir söz isimdirsə, ref və cər halında təqdiri irab alır, misal;

اَلْقَاضِي

"Hakim" və,

قَاضٍ

"Hakim" kimi.

Təqdiri Ref جَاءَ الْقَاضِي جَاءَ قَاضٍ
Lafzi Nasb رَأَيْتُ الْقَاضِيَ رَأَيْتُ قَاضِيًا
Təqdiri Cər مَرَرْتُ بِالْقَاضِي مَرَرْتُ بِقَاضٍ

*Belə bir ifadə əgər feil olsa və sonuna merfu zamir əlavə edilməyibsə, yalnız ref halı təqdiridir, digər halları isə ləfzidir, misal;

يَرْمِي

“atır” və,

تَرْمِي

“atırsan” və,

أَرْمِي

“atıram” və,

نَرْمِي

“atırıq” kimi.

Təqdir Ləfzi
Ref Nasb Cezm
يَرْمِي لَنْ يَرْمِيَ لَمْ يَرْمِ
تَرْمِي لَنْ تَرْمِيَ لَمْ تَرْمِ
أَرْمِي لَنْ أَرْمِيَ لَمْ أَرْمِ
نَرْمِي لَنْ نَرْمِيَ لَمْ نَرْمِ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › d. Sonunda Ma Qabli Məksur Ya Hərfi Olan Ləfiz
🎓
Xoş gəldiniz! Sual soruşun!