B. Mamul bit-təbaiyyə | 5
وَ أَمَّا الْمَعْمُولُ بِالتَّبَعِيَّةِ فَخَمْسَةٌ. وَ لاَ يَجُوزُ تَقْدِيمُ شَيْئٍ مِنْهَا عَلَى مَتْبُوعِهَا وَ عَامِلُهَا عَامِلُ مَتْبُوعِهَا وَ إِعْرَابُهَا كَإِعْرَابِهِ
وَ أَمَّا الْمَعْمُولُ بِالتَّبَعِيَّةِ və indi mamulların ikinci hissəsi olan mamul-u bit-Tebaiyyə, yəni əsas mamullara tabe olaraq mamul olan sözlərə gəldikdə, فَخَمْسَةٌ beş dənədir. وَ لاَ يَجُوزُ və caiz deyil, تَقْدِيمُ شَيْئٍ hər hansı bir şeyin önə çəkilməsi, مِنْهَا bu beş mamul-u bit-Tebaiyyədən, عَلَى مَتْبُوعِهَا tabe olduqları mamulların üzərinə, وَ عَامِلُهَا bu beş mamulun amili, عَامِلُ مَتْبُوعِهَا tabe olduqları mamulun amilidir, وَ إِعْرَابُهَا və bu beş mamul-u bit-Tebaiyyənin irabı isə, كَإِعْرَابِهِ metbuunun, yəni tabe olduqlarının irabı kimidir.
Mətnin Ümumi Mənası: Ümumilikdə 30 ədəd və iki hissədən ibarət olan mamulların ikinci hissəsi təbaiyyətlə, yəni əsas mamullara tabe olmaqla mamul olan sözlərdir və 5 dənədir. Bu tabe olan 5 mamuldan hər hansı birinin tabe olduğu sözün üzərinə önə çəkilməsi caiz deyil. Bu 5 mamul-u bit-Tebaiyyənin amili, tabe olduğu metbuunun amilidir və irabı da eyni şəkildə tabe olduğu metbuunun irabı kimidir.
| Mamul-u bit-Tebaiyyə | ||
| 1 | Sifət | اَلصِّفَةُ |
| 2 | Ətif | اَلْعَطْفُ |
| 3 | Tə'kid | اَلتَّأْكِيدُ |
| 4 | Bədəl | اَلْبَدَلُ |
| 5 | Ətf-ul Bəyan | عَطْفُ الْبَيَانِ |