İzâ-i fücaiyyə & sürpriz İzâ
İzâ-i Fücaiyyə
Cəza cümləsi, isim cümləsi olarsa, fa-i cəzaiyyə əvəzinə izâ-i fücaiyyə də qeyd edilə bilər. Lakin fa-i cəzaiyyənin yerində izâ-i fücaiyyənin qeyd edilə bilməsi üçün bu cəza olan isim cümləsinin tələb mənası ifadə edən və ya mənfi olan bir isim cümləsi olmaması, yaxud mübtəda və xəbər üzərində daxil olub mübtədanı mübtədalıqdan çıxaran və xəbəri də mübtədanın xəbəri olmaqdan çıxaran bir amilin, yəni nasih bir amilin daxil olduğu bir isim cümləsi olmaması lazımdır, misal;
وَ إِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ
"Öz əlləri ilə etdikləri səbəbindən onlara bir pislik toxunduqda, onlar dərhal ümidlərini itirirlər" Rum 36-cı ayədəki izâ kimi.
ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِنَ الْأَرْضِ إِذَا أَنْتُمْ تَخْرُجُونَ
"Sonra sizi yer üzündən bir çağırışla çağırdıqda, dərhal çıxacaqsınız" Rum 25-ci ayədəki izâ kimi.