12. Leysəyə müşabih Mâ və Lâ-nın xəbəri
وَ الثَّانِي عَشَرَ خَبَرُ مَا وَ لاَ الْمُشَبَّهَتَيْنِ بِلَيْسَ، وَ هُوَ مِثْلُ خَبَرِ الْمُبْتَدَإِ
وَ الثَّانِي عَشَرَ On üç mamul-u mansubdan on ikincisi; خَبَرُ مَا وَ لاَ mâ və lâ-nın xəbəridir, elə mâ və lâ ki; الْمُشَبَّهَتَيْنِ onlar bənzədilmişdir, bənzərdirlər, بِلَيْسَ leyse "deyil" edatına, وَ هُوَ və o, yəni leyse-yə bənzər olan mâ və lâ-nın xəbəri, مِثْلُ kimidir, خَبَرِ الْمُبْتَدَإِ mübtədanın xəbəri kimidir.
Mətnin Ümumi Mənası: 13 mamul-u mansubdan on ikincisi leyse-yə bənzər olan mâ və lâ edatlarının xəbəri olan sözlərdir. Bu sözlər mübtədanın xəbəri kimidir, misal;
مَا الْغِيْبَةُ حَلاَلاً وَ لاَ نَمِيمَةُ جَائِزَةً
“Qeybət halal deyil və söz gəzdirmək (nemiməlik) caiz deyil” ifadəsində مَا edatı leyse-yə bənzər olan edatlardandır və ismini ref, xəbərini nasb edir, الْغِيْبَةُ sözü onun ismi, حَلاَلاً sözü isə onun mansub xəbəridir, لاَ edatı leyse-yə bənzər olan edatlardandır və ismini ref, xəbərini nasb edir, نَمِيمَةُ sözü onun ismi və جَائِزَةً sözü isə mansub xəbəridir.