Cəmi isimlərə isnad olunan zamir

وَ كُلُّ جَمْعٍ غَيْرَ جَمْعِ الْمُذَكَّرِ السَّالِمِ مُؤَنَّثٌ لِكَوْنِهِ بِمَعْنَى الْجَمَاعَةِ وَ أَمَّا جَمْعُ الْمُذَكَّرِ السَّالِمِ فَيَجِبُ تَذْكِيرُ عَامِلِهِ، فَتَقُولُ؛ جَاءَ الْمُسْلِمُونَ أَوْ جَاءَ رَجُلٌ قَاعِدٌ نَاصِرُوهُ. وَ إِذَا أُسْنِدَ إِلَى ضَمِيرِهِ يَجِبُ كَوْنُهُ جَمْعًا مُذَكَّرًا، نَحْوُ؛ اَلْمُسْلِمُونَ جَاؤُوا أَوْ يَجِيؤُونَ أَوْ جَاؤُونَ.

وَ كُلُّ və hər, جَمْعٍ cəm söz, غَيْرَ istisna olmaqla, جَمْعِ الْمُذَكَّرِ السَّالِمِ cəm müzəkkər salim, مُؤَنَّثٌ müənnəsdir, لِكَوْنِهِ ona görə ki, بِمَعْنَى الْجَمَاعَةِ topluluq mənasında, وَ أَمَّا جَمْعُ الْمُذَكَّرِ السَّالِمِ amma cəm müzəkkər salim sözə gəldikdə, فَيَجِبُ vacibdir, تَذْكِيرُ müzəkkər olması, عَامِلِهِ amilinin, فَتَقُولُ belə deyirsən; جَاءَ الْمُسْلِمُونَ “Müsəlman kişilər gəldi”, أَوْ və ya, جَاءَ رَجُلٌ قَاعِدٌ نَاصِرُوهُ “Yardımçıları oturan adam gəldi” deyirsən. وَ إِذَا أُسْنِدَ isnad olunduqda, إِلَى ضَمِيرِهِ zamirinə, yəni bir amil söz cəm müzəkkər olan sözə aid zamirə isnad olunsa, يَجِبُ vacibdir, كَوْنُهُ o amilin olması, جَمْعًا مُذَكَّرًا həm cəm, həm də müzəkkər olması, نَحْوُ misalı belədir; اَلْمُسْلِمُونَ جَاؤُوا “Müsəlman kişilər gəldilər” və اَلْمُسْلِمُونَ يَجِيؤُونَ “Müsəlman kişilər gəlirlər” və اَلْمُسْلِمُونَ جَاؤُونَ “Müsəlman kişilər gələcəkdirlər” kimi.

وَ أَمَّا جَمْعُ الْمُذَكَّرِ الْمُكَسَّرِ الْعَاقِلُ إِذَا أُسْنِدَ إِلَى ضَمِيرِهِ فَيَجِبُ أَنْ يَكُونَ عَامِلُهُ مُفْرَدًا مُؤَنَّثًا أَوْ جَمْعًا مُذَكَّرًا، نَحْوُ؛ اَلرِّجَالُ جَاءَتْ أَوْ جَاؤُوا أَوْ جَائِيَةٌ أَوْ جَاؤُونَ وَ غَيْرُهُمَا مِنَ الْمَجْمُوعِ إِذَا أُسْنِدَ إِلَى ضَمِيرِهَا يَجِبُ كَوْنُ عَامِلِهَا مُفْرَدًا مُؤَنَّثًا أَوْ جَمْعًا مُؤَنَّثًا، نَحْوُ؛ اَلْمُسْلِمَاتُ جَاءَتْ أَوْ جِئْنَ أَوْ جَائِيَةٌ أَوْ جَائِيَاتٌ، وَ الْأَشْجَارُ قُطِعَتْ أَوْ قُطِعْنَ أَوْ مَقْطُوعَةٌ أَوْ مَقْطُوعَاتٌ

جَمْعُ الْمُذَكَّرِ الْمُكَسَّرِ və cəm mükəssər الْعَاقِلُ və aqil olan sözlərə gəldikdə, إِذَا أُسْنِدَ isnad olunduqda, إِلَى ضَمِيرِهِ zamirinə, فَيَجِبُ vacibdir, أَنْ يَكُونَ olması, عَامِلُهُ amilinin, مُفْرَدًا مُؤَنَّثًا müfrəd müənnəs, أَوْ və ya, جَمْعًا مُذَكَّرًا cəm müzəkkər, نَحْوُ misalı belədir; اَلرِّجَالُ جَاءَتْ “Kişilər gəldi” və اَلرِّجَالُ جَاؤُوا “Kişilər gəldilər” və ya اَلرِّجَالُ جَائِيَةٌ “Kişilər gələcəkdirlər” və ya اَلرِّجَالُ جَاؤُونَ “Kişilər gələcəkdirlər” kimi. وَ غَيْرُهُمَا və o iki cəmin başqası, مِنَ الْمَجْمُوعِ cəmlərdən, yəni cəm müzəkkər salim və cəm mükəssər müzəkkərdən başqası, إِذَا أُسْنِدَ isnad olunduqda, إِلَى ضَمِيرِهَا zamirinə, يَجِبُ vacibdir, كَوْنُ olması, عَامِلِهَا amilinin, مُفْرَدًا مُؤَنَّثًا müfrəd müənnəs, أَوْ və ya, جَمْعًا مُؤَنَّثًا cəm müənnəs, نَحْوُ misalları belədir; اَلْمُسْلِمَاتُ جَاءَتْ “Müsəlman qadınlar gəldi” və ya اَلْمُسْلِمَاتُ جِئْنَ “Müsəlman qadınlar gəldilər” və ya اَلْمُسْلِمَاتُ جَائِيَةٌ “Müsəlman qadınlar gələcəkdirlər” və ya اَلْمُسْلِمَاتُ جَائِيَاتٌ “Müsəlman qadınlar gələcəkdirlər” kimi. وَ və, الْأَشْجَارُ قُطِعَتْ “Ağaclar kəsildi” və ya الْأَشْجَارُ قُطِعْنَ “Ağaclar kəsildilər” və ya الْأَشْجَارُ مَقْطُوعَةٌ “Ağaclar kəsilmişdir” və ya الْأَشْجَارُ مَقْطُوعَاتٌ “Ağaclar kəsilmişdir” kimi.

Mətnin Ümumi Mənası: Cəm müzəkkər salimdən başqa bütün cəm sözlər topluluq mənası daşıdığı üçün müənnəsdir, yəni müənnəs hökmündədir. Cəm müzəkkər salim olan sözün amilinin (fel, fail, ismi məful və s.) müzəkkər olması vacibdir. Misal;

جَاءَ الْمُسْلِمُونَ

“Müsəlman kişilər gəldi” və ya,

جَاءَ رَجُلٌ قَاعِدٌ نَاصِرُوهُ

“Yardımçıları oturan adam gəldi” kimi.

*Amil olan söz, cəmi müzəkkər salim olan sözün zamirinə isnad edilərsə, bu halda amilin cəmi və müzəkkər olması lazımdır, misal;

اَلْمُسْلِمُونَ جَاؤُوا

"Müsəlman kişilər gəldilər" və

اَلْمُسْلِمُونَ يَجِيؤُونَ

"Müsəlman kişilər gəlirlər" və

اَلْمُسْلِمُونَ جَاؤُونَ

"Müsəlman kişilər gələcəkdirlər" kimi.

*Amil, cəmi müzəkkər mükəssər aqil olan sözün zamirinə isnad edilərsə, bu halda amilin müfrəd müənnəs və ya cəmi müənnəs olması lazımdır. Misal;

اَلرِّجَالُ جَاءَتْ

"Adamlar gəldi" və

اَلرِّجَالُ جَاؤُوا

"Adamlar gəldilər" və ya,

اَلرِّجَالُ جَائِيَةٌ

"Adamlar gələcəkdirlər" və ya,

اَلرِّجَالُ جَاؤُونَ

"Adamlar gələcəkdirlər" kimi.

*Amil, cəmi müzəkkər salim və cəmi müzəkkər mükəssər-i aqildən başqa cəmlərin zamirinə isnad edilərsə, bu halda amilin müfrəd müənnəs və ya cəmi müənnəs olması lazımdır, misal;

اَلْمُسْلِمَاتُ جَاءَتْ

"Müsəlman qadınlar gəldi" və ya,

اَلْمُسْلِمَاتُ جِئْنَ

"Müsəlman qadınlar gəldilər" və,

اَلْمُسْلِمَاتُ جَائِيَةٌ

"Müsəlman qadınlar gələcəkdirlər" və ya,

اَلْمُسْلِمَاتُ جَائِيَاتٌ

"Müsəlman qadınlar gələcəkdirlər" kimi. Və,

الْأَشْجَارُ قُطِعَتْ

"Ağaclar kəsildi" və ya,

الْأَشْجَارُ قُطِعْنَ

"Ağaclar kəsildilər" və,

الْأَشْجَارُ مَقْطُوعَةٌ

"Ağaclar kəsilmişdir" və ya,

الْأَشْجَارُ مَقْطُوعَاتٌ

"Ağaclar kəsilmişdir" kimi.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Cəmi isimlərə isnad olunan zamir
🎓
Xoş gəldiniz! Sual soruşun!