b. Zahir isimlər
وَ أَمَّا الْمُظْهَرُ فَظَاهِرٌ وَ إِذَا أُسْنِدَ إِلَيْهِ الْعَامِلُ يَجِبُ إِفْرَادُهُ وَ غَيْبَتُهُ وَ لَوْ كَانَ مُثَنًّى أَوْ مَجْمُوعًا، نَحْوُ؛ ضَرَبَ الزَّيْدَانِ وَ الزَّيْدُونَ
وَ أَمَّا və gəldikdə, الْمُظْهَرُ müzhər (açıq) yəni zahir ismə, فَظَاهِرٌ və bu müzhər isim yəni fail və ya naib-i fail açıq, aşkar olur, وَ إِذَا أُسْنِدَ إِلَيْهِ və ona isnad ediləndə, الْعَامِلُ amil, يَجِبُ vacibdir, إِفْرَادُهُ o amilin müfrəd olaraq zikr edilməsi, وَ غَيْبَتُهُ və o amilin qeyri-hazır (qeyb) olaraq zikr edilməsi, وَ لَوْ كَانَ əgər olsa, مُثَنًّى أَوْ مَجْمُوعًا müsnə (ikilik) və ya məcmu (cəm) bir ifadə, نَحْوُ misalı belədir; ضَرَبَ الزَّيْدَانِ "İki Zeyd vurdu" və ضَرَبَ الزَّيْدُونَ "Zeydlər vurdu" kimi.
Mətnin Ümumi Mənası: Zahir olan bir ismə amil isnad edilərsə, o isim ikilik və ya cəm olsa belə, amilin həm müfrəd, həm də qeyri-hazır (qeyb) olması vacibdir. Misal;
ضَرَبَ الزَّيْدَانِ
"İki Zeyd vurdu" və
ضَرَبَ الزَّيْدُونَ
"Zeydlər vurdu" kimi.