Hindistanda etirazların nəticəsi
جولة جديدة من المحادثات بين الحكومة والمزارعين بعد شهرين من الاحتجاجات
İki aylıq etirazlardan sonra hökumət və fermerlər arasında yeni danışıqlar turu
تجري الحكومة الهندية جولة جديدة من المحادثات مع زعماء آلاف المزارعين الذين يقيمون في ضواحي نيودلهي بعد شهرين من الاحتجاجات على إلغاء قوانين زراعية جديدة يقولون إنها تهدد عيشهم
Hindistan hökuməti, iki ay davam edən və dolanışıqlarına təhlükə yaratdığını dedikləri yeni kənd təsərrüfatı qanunlarının ləğvinə etirazlardan sonra Yeni Dehlinin kənarında yaşayan minlərlə fermerin liderləri ilə yeni bir danışıqlar turu keçirir
وحثت حكومة رئيس الوزراء ناريندرا مودي المزارعين على إنهاء احتجاجهم على القوانين التي تم سنها في سبتمبر الماضي، لكن المزارعين يقولون إنهم لن يتنازلوا عن مطالبهم، حيث يعتبرون أن القوانين جاءت لصالح المشترين من القطاع الخاص على حساب المزارعين
Baş nazir Narendra Modinin hökuməti fermerləri keçən sentyabrda qəbul olunan qanunlara qarşı etirazlarını dayandırmağa çağırıb, amma fermerlər bu qanunların öz xeyirlərinə deyil, özəl alıcıların maraqlarına xidmət etdiyini düşündükləri üçün tələblərindən geri çəkilməyəcəklərini bildirirlər
وقال وزير الزراعة ناريندرا سينغ تومار إن الحكومة ستجري محادثات مع المزارعين بعقل متفتح. وفشلت الجولات السابقة من المحادثات حتى الآن في تهدئة عشرات الآلاف من المزارعين الذين يخيمون في ضواحي العاصمة نيودلهي منذ ما يقرب من شهرين
Kənd Təsərrüfatı naziri Narendra Singh Tomar hökumətin fermerlərlə açıq fikirli danışıqlar aparacağını deyib. Əvvəlki danışıqlar turları, təxminən iki aydır paytaxt Yeni Dehlinin kənarında düşərgə quran on minlərlə fermeri indiyədək sakitləşdirə bilməyib.
وهدد المزارعون بتكثيف احتجاجاتهم من خلال مسيرة إلى دلهي في 26 يناير، خلال احتفال الهند بعيدها الجمهوري
Fermerlər Hindistanın Respublika Günü olan 26 yanvarda etirazlarını Dehliyə yürüş etməklə gücləndirəcəkləri ilə hədələyiblər.
وكانت المحكمة العليا في الهند أمرت الثلاثاء الماضي بوقف تنفيذ القوانين الزراعية الجديدة إلى أجل غير مسمى وعينت لجنة من أربعة أعضاء للاستماع إلى اعتراضات المزارعين، لكن قادة نقابات المزارعين قالوا إنهم لن يمثلوا أمام اللجنة
Keçən çərşənbə axşamı Hindistan Ali Məhkəməsi yeni kənd təsərrüfatı qanunlarının tətbiqini qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar verib və fermerlərin etirazlarını dinləmək üçün dörd nəfərlik komitə təyin edib, amma fermer həmkarlar ittifaqlarının liderləri komitəyə çıxmayacaqlarını bildiriblər
ومن المقرر أن ينظم حزب المؤتمر المعارض الرئيسي يوم الجمعة احتجاجات في عواصم الولايات لدعم تحرك المزارعين
Cümə günü əsas müxalifət partiyası olan Konqres partiyası, fermerlərin aksiyalarını dəstəkləmək üçün ştat paytaxtlarında etirazlar keçirəcək
