Mənsubat
اَلْمَنْصُوبَاتُ، هُوَ مَا اشْتَمَلَ عَلَى عَلَمِ الْمَفْعُولِيَّةِ
اَلْمَنْصُوبَاتُ mansub olanlar, yəni olduğu vəziyyətdə nəsb əlamətlərindən payı olan sözlərdir. Nahiv dərslərində də izah olunduğu kimi, mansub isimlərin əlamətləri əsasən fətəh, sonra ya və elif hərfi ilə, həmçinin kəsrə hərəkəsidir. Ərəb dilində irab dərslərində də izah olunduğu kimi. هُوَ o mansub sözlər, مَا اشْتَمَلَ əhatə edən şeylərdir, عَلَى üzərində, عَلَمِ الْمَفْعُولِيَّةِ mefulluq əlamətləri üzərində.
Mətnin Ümumi Mənası: Mefulluq əlamətləri üzərində əhatə olunan isimdir. Qeyd olunan mefulluq əlamətindən məqsəd həqiqi və hökmü mefulluğun bilinməsidir.
Həqiqi Mefula misal:
رَأَيْتُ زَيْدًا
"Zeydi gördüm" tərkibindəki زَيْدًا sözü həqiqi mefuldur, birbaşa failin əməlindən zahirən təsirlənmişdir.
Hökmü Mefula misal:
كَانَ زَيْدٌ عَالِمًا
"Zeyd alim oldu & Zeyd alimdir & Zeydin halı alim olmaq baxımındandır" tərkiblərində olduğu kimidir. İlk tərkibdəki زَيْدًا sözü fiildən birbaşa təsirləndiyi üçün həqiqi mefuldur. İkinci tərkibdə isə عَالِمًا sözü naqis fiilin təsiri ilə failin bir növ halı olduğu üçün hökmən mefuldur.