100 ədədi
- 100 sayı müzekker və müənnəs olaraq bərabərdir.
- Madud isə ədəddən sonra müfrəd və məcrur şəkildə gəlir
- Ədəd ilə madud birlikdə isim birləşməsi yaradırlar və burada muzaf ədəd, muzafun ileyh isə madud olur
- Madudun cinsi nə olursa olsun, ədəd dəyişmir
- Madud, ədəddən sonra müfrəd şəkildə gətirilir və muzafun ileyh olduğu üçün məcrur olur
| Sayı | Rəf halı | Nəsb halı | Cərr halı |
|
١٠٠ 100 |
مِائَةٌ | مِائَةً | مِائَةٍ |
| مِائَةُ | مِائَةَ | مِائَةِ |
إِشْتَرَتْ عَائِشَةُ مَائَةَ كِتَابٍ
Ayişə 100 kitab aldı
جَاءَ مِائَةُ عَامِلٍ
100 fəhlə gəldi
نَظَرْتُ إِلَى مِائَةِ نَجْمٍ فِي السَّمَاءِ
Göydəki 100 ulduza baxdım
| Rəf halında | مَائَةُ كِتَابٍ |
| Nəsb halında | مَائَةَ كِتَابٍ |
| Cərr halında | مَائَةِ كِتَابٍ |
| كِتَابٍ | َِمَائَةُ |
| Madud | Ədəd |
| Muzafun ileyh | Muzaf |
| Məbni | Müreb |