a. Lafzi Tə'kid
Hərf, feil, isim və cümlənin təkrarı ilə baş verən tə'kiddir.
لاَ لاَ أَنَا لَمْ أَفَعَلْ بِهَذَا
Yox, yox bunu mən etməmişəm
إِفْتَحْ إِفْتَحِ الْبَابَ
Aç qapını aç!
لاَ تَضْرِبْ لاَ تَضْرِبْ
Vurma vurma
نَعَمْ نَعَمْ
Bəli bəli
لاَ لاَ
Yox yox
هُوَ اللِّصُّ هُوَ اللِّصُّ
O oğrudur, o oğrudur
جَاءَ أَبُوكَ أَبُوكَ
Atan gəldi atan
يَأْتِي الذِّئْبُ الذِّئْبُ أُهْرُبُوا
Canavar gəlir canavar, qaçın!
كَتَبْتُكَ كَتَبْتُكَ لَكِنَّ لَمْ تَقْرَأْهَا
Sənə yazdım yazdım amma oxumadın
نَجَحَ نَجَحَ زَيْدٌ
Zeyd uğur qazandı, Zeyd uğur qazandı
تَقَرَّبَ زَيْدٌ زَيْدٌ
Zeyd yaxınlaşdı Zeyd
رَأَيْتَنِي أَنَا
Məni gördün məni
سَلَّمْتُ عَلَيْكَ عَلَيْكَ
Sənə salam verdim sənə
فَقُتِلَ كَيْفَ قَدَّرَ ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ
Lənətə gəlsin necə təqdir etdi (Quranı), sonra lənətə gəlsin necə də təqdir etdi Müddəssir 19-20
Yuxarıdakı misallarda hərf, feil, isim və cümlə təkrarları ilə ləfzi tə'kid edilmişdir. Əvvəl qeyd olunduğu kimi, tə'kid mənanı gücləndirmək və qeyri-müəyyənliyi aradan qaldırmaq üçün istifadə olunur.