2. Səbəbî Sifət

Məlum olduğu kimi, həqiqi sifət əvvəlindəki məvsuf ismi təsvir edir və əvvəlki dərsdə qeyd olunduğu kimi 4 xüsusiyyətdə ona tabe olur. Əgər sifət, özündən sonrakı ismi təsvir edirsə, cümlə daxilində bu tip sifətlərə səbəbi sifət deyilir. Qeyd etdiyimiz kimi, sifət məvsufdan əvvəl gələ bilməz, amma sifətlə məvsufun arasına hər hansı bir söz girə bilər. Səbəbi sifət eyni zamanda təsvir etdiyi ismin muzafı da olur. 

Səbəbi sifətdən sonra gələn isim zamirli və ya zamirsiz olur. Əgər səbəbi sifətdən sonra gələn isim zamirlidirsə, bu sifətə zamirli səbəbi sifət, zamirsizdirsə, zamirsiz səbəbi sifət deyilir.

Səbəbi sifətə misallar:

رَأَيْتُ رَجُلاً مُجْتَهِدَ الْغُلاَمِ

Uşağı çalışqan olan bir kişi gördüm

Cümlənin üzvlərini incələsək, رَأَيْتُ sözü feil+faildir. رَجُلاً sözü məf'ulun bihdir və mənsubdur. Nəsb əlaməti isə zahir bir fətə ilədir. مُجْتَهِدَ sözü muzaf və sifət, الْغُلاَمِ sözü muzafun ileyh və مُجْتَهِدَ sözünün məvsufudur. Bu cümlədə مُجْتَهِدَ sözü özündən əvvəlki ismi deyil, sonrakı isim olan الْغُلاَمِ sözünü təsvir etmişdir və bu səbəbdən səbəbi sifətdir.

ذَهَبْتُ إِلَي بَيْتٍ وَاسِعَةِ الْحَدِيقَةِ

Bağçası geniş olan bir evə getdim

Bu cümlədə yuxarıdakı cümlədə olduğu kimi وَاسِعَةِ sözü sifətdir, amma əvvəlindəki ismin deyil, özündən sonra gələn الْحَدِيقَةِ sözünün sifətidir və səbəbi sifətdir.

Zamirli Səbəbi Sifət

Səbəbi sifətdən sonra gələn zamirli ismi təsvir edən şibh-i feil, yəni ism-i fail, ism-i meful, sifət-i müşəbbəhə, məstər, ism-i təfdil kimi isimlərdir. 

خَرَجْتُ مِنَ الْبَيْتِ الْمُفَتَّحَةِ أَبْوَابُهُ

Qapıları açıq olan bir evdən çıxdım

Bu cümlədə خَرَجْتُ sözü feil+fail, مِنَ الْبَيْتِ cərr-məcrur, الْمُفَتَّحَةِ ism-i meful olaraq şibh-i feildir və eyni zamanda özündən sonra gələn zamirli ismin sifətidir, أَبْوَابُ sözü isə الْمُفَتَّحَةِ sözünün failidir, amma الْمُفَتَّحَةِ sözü ism-i meful olduğuna görə məchuldur, yəni faili dediyimiz أَبْوَابُ sözü naib-i faildir və eyni zamanda muzafdır, ـهُ sözü isə أَبْوَابُ sözünün muzafun ileyhidir, dammə üzərində məbnidir, amma mahallən məcrurdur. 

*Zamirli səbəbi sifət, yəni başqa sözlə desək, özündən sonra təsvir etdiyi isimdə zamir olan sifət, özündən əvvəlki isim olan həqiqi məvsufuna irab, müəyyənlik-qeyri-müəyyənlik baxımından uyğunlaşır.

*Sifət həmişə müfrəd olur

*Sifətin müzekkər və ya müənnəs olması özündən sonrakı ismə görədir.

*Sifətdən sonra gələn isim fail və ya naib-i fail olaraq mərfudur və məvsufa görə zamir alır. 

ذَهَبَ زَيْدٌ الْغَنِيُّ أَبِوهُ إِلَى أمَرِيكًا

Atası varlı olan Zeyd Amerikaya getdi

Bu cümlədə zamirli səbəbi sifət üçün yuxarıda qeyd olunan 4 maddə reallaşmışdır. Birinci maddəyə görə, الْغَنِيُّ olan sifət özündən əvvəlki ismə müəyyənlik-qeyri-müəyyənlik baxımından uyğunlaşır. İkinci maddəyə görə, sifət olan الْغَنِيُّ müfrəddir. Üçüncü maddəyə görə, sifətin müzekkər və ya müənnəs olması özündən sonra gələn fail və ya naib-i failə bağlıdır. Burada الْغَنِيُّ sifəti özündən sonrakı أَبِو sözünə görə müzekkərdir. Dördüncü maddəyə görə, sifətdən sonra gələn أَبِو sözü faildir və aldığı zamir isə məvsuf olan زَيْدٌ sözünə görədir. 

Zamirsiz Səbəbi Sifət

Zamirsiz səbəbi sifət ləfzi izafət ilə baş verir. Ləfzi izafət, müştəq olan sözlərin, yəni ism-i fail, ism-i meful, sifət-i müşəbbəhə kimi sözlərin fail, naib-i fail və ya məf'ullarına muzaf olmaları ilə baş verir. Yəni ism-i fail, ism-i meful, sifət-i müşəbbəhə kimi sözlərin muzaf olmasıdır.

حَسَنُ الْوَجْهِ

Üzü gözəl & Gözəl üzlü

زُرْتُ رَجُلاً مُهَذَِبَ الْوَلَدِ

Uşağı tərbiyəli olan bir kişiyə baş çəkdim

بَاعَ زَيْدٌ الْبَيْتَ الْمَعْمُورَ الْحَدِيقَةِ 

Zeyd bağçası baxımlı olan evi satdı

Muzafun ileyh Muzaf Müştəq isimlər
الْوَجْهِ حَسَنُ Sifət-i müşəbbəhə
الْوَلَدِ مُهَذَِبَ İsm-i fail
الْحَدِيقَةِ  الْمَعْمُورَ İsm-i meful
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 2. Səbəbî Sifət
🎓
Xoş gəldiniz! Sual soruşun!