1. Həqiqi Sifət
Həqiqi sifət, məvsufuna aşağıda göstərilən 4 xüsusiyyətdə uyğunlaşır;
- İrab baxımından
- Mərifə və Nəkirə olma baxımından
- Müzəkkər və Müənnəs olma baxımından
- Ədəd, yəni Müfrəd, Təsniyə və Cəmi olma baxımından
Sadalanan bu 4 xüsusiyyətdən hansı məvsufda varsa, o halda məvsuf söz üçün gələn sifət də məvsuf kimi irablanır və sifət məvsufun önünə keçə bilməz.
-İrab baxımından tabeçilik;
جَاءَ تِلْمِيذٌ مُجْتَهِدٌ
Zəhmətkeş bir şagird gəldi
رَأَيْتُ تِلْمِيذًا مُجْتَهِدًا
Zəhmətkeş bir şagird gördüm
مَرَرْتُ بِتِلْمِيذٍ مُجْتَهِدٍ
Zəhmətkeş bir şagirdə rast gəldim
Məsələlərə baxanda, məvsuf olan söz cümlə içində hansı mövqedə irablanıbsa, sifət də o iraba tabe olur. Birinci cümlədə məvsuf faildir və ref əlaməti dammə ilədir, ona tabe olan sifət də dammələnib. İkinci cümlədə məvsuf məf'uldur və nəsb əlaməti fətə ilədir, ona tabe olan sifət də fətələnib. Üçüncü cümlədə məvsuf hərfi-cər ilə məcrurdur və cər əlaməti kəsrə ilədir, ona tabe olan sifət də kəsrələnib.
-Mərifə və Nəkirə olma baxımından tabeçilik;
جَاءَ الْوَلَدُ الْمُهَذَبُ
جَاءَ وَلَدٌ مُهَذِبٌ
Tərbiyəli uşaq gəldi
Tərbiyəli bir uşaq gəldi
رَأَيْتُ الْرَجُلَ الطَّوِيلَ
رَأَيْتُ رَجُلاً طَوِيلاً
Uzun kişini gördüm
Uzun bir kişini gördüm
تَكَلَّمْتُ بِالْمُعَلِّمِ الْعَلِيمِ فِي هَذَا الْمَوْضُوعِ
تَكَلَّمْتُ بِمُعَلِّمٍ عَلِيمٍ فِي هَذَا الْمَوْضُوعِ
Bu mövzuda bilikli müəllimlə danışdım
Bu mövzuda bilikli bir müəllimlə danışdım
Yuxarıdakı cümlələrdə məvsuf isimlər yuxarı cümlədə mərifə, aşağı cümlədə nəkirə kimi işlənib. Bu cümlələrdə məvsuf isimlər birinci cümlədə faildir və ref əlaməti sifətə də keçib. İkinci cümlədə məvsuf söz məf'uldur və sifət də irab baxımından eynidir. Üçüncü cümlədə məvsuf söz məcrurdur və sifət də buna görə cər əlaməti olan kəsrə ilə irablanıb.
-Müzəkkər və Müənnəs olma baxımından tabeçilik;
دَخَلَ التِّلْمِيذُ السَّمِينُ فِي الْمَدْرَسَةِ
دَخَلَتِ الْتِّلْمِيذَةُ السَّمِينَةُ فِي الْمَدْرَسَةِ
Kök (şişman) oğlan şagird sinfə daxil oldu
Kök (şişman) qız şagird sinfə daxil oldu
عَطَى زَيْدُ الْقِطَّ الْمَحْبُوبَ طُعْمَةً
عَطَى زَيْدُ الْقِطَّةَ الْمَحْبُوبَةَ طُعْمَةً
Zeyd, sevimli (erkək) pişiyə yemək verdi
Zeyd, sevimli (dişi) pişiyə yemək verdi
نَظَرْتُ إِلَى الْمُهَنْدِسِ النَّشِيطِ
نَظَرْتُ إِلَى الْمُهَنْدِسَةِ النَّشِيطَةِ
Fəal kişi mühəndisə baxdım
Fəal qadın mühəndisə baxdım
Yuxarıdakı cümlələrdə məvsuf isimlər yuxarı cümlədə müzəkkər, aşağı cümlədə müənnəs kimi işlənib. Bu cümlələrdə məvsuf isimlər birinci cümlədə faildir və ref əlaməti sifətə də keçib. İkinci cümlədə məvsuf söz məf'uldur və sifət də irab baxımından eynidir. Üçüncü cümlədə məvsuf söz məcrurdur və sifət də buna görə cər əlaməti olan kəsrə ilə irablanıb.
-Ədəd baxımından tabeçilik;
جَاءَ عَامِلٌ مُرَاهِقٌ
رَأَيْتُ عَامِلاً مُرَاهِقًا
مَرَرْتُ بِعَامِلٍ مُرَاهِقٍ
Gənc fəhlə gəldi
Gənc fəhləni gördüm
Gənc fəhləyə rast gəldim
جَاءَ عَامِلاَنِ مُرَاهِقَانِ
رَأَيْتُ عَامِلَيْنِ مُرَاهِقَيْنِ
مَرَرْتُ بِعَامِلَيْنِ مُرَاهِقَيْنِ
Gənc iki fəhlə gəldi
Gənc iki fəhləni gördüm
Gənc iki fəhləyə rast gəldim
جَاءَ عَامِلُونَ مُرَاهِقُونَ
رَأَيْتُ عَامِلِينَ مُرَاهِقِينَ
مَرَرْتُ بِعَامِلِينَ مُرَاهِقِينَ
Gənc fəhlələr gəldi
Gənc fəhlələri gördüm
Gənc fəhlələrə rast gəldim
Yuxarıdakı cümlələrdə məvsuf isimlər birinci cümlədə müfrəd, ikinci cümlədə təsniyə, üçüncü cümlədə cəmi kimi işlənib.
*Qeyri-aqil olan cəmi isimlərin sifətləri adətən müfrəd müənnəs olur;
اَلْبُيُوتُ الْكَبِيرَةُ
Böyük evlər
اَلْمَفَاتِيحُ الْفِضَّةُ
Gümüş açarlar
*Ümumiyyətlə, ism-i fail, ism-i məf'ul və ya sifət-i müşəbbəh sifət olur;
اَلْوَلَدُ الْعَاقِلُ
Ağıllı uşaq (sifət ism-i fail)
اَلْقَلَمُ الْمَكْسُورُ
Qırıq qələm (sifət ism-i məf'ul)
اَلْبَيْتُ الْكَبِيرُ
Böyük ev (sifət, sifət-i müşəbbəh)