Təvabi' "Tabe olanlar" | 5
Tevabi' kəlməsi tabi' kəlməsinin cəmidir və tabe olanlar deməkdir. Bu tabiilik isə irabda baş verir. Tabe olan kəlmələrin öz başına irabı olmur, cümlə daxilində olduqları yerə görə hansı kəlmə ilə əlaqəlidirsə, o kəlmənin irabını alırlar. Tabe olanlar 5 növdür;
|
اَلتَّوَابِعُ Tabe olanlar |
|
| Sifət | الصِّفَةُ |
| Tə'kid | اَلتَّأْكِيدُ |
| Bədel | اَلْبَدَلُ |
| Atf əl-bəyan | عَطْفُ الْبَيَانِ |
| Atf ən-nəsək | عَطْفُ النَّسَقِ |
Klassik Ərəbcədə bu kəlmələrə Mamulu bi t-tebaiyye deyilir. Bu növlər barədə ətraflı məlumata keçməzdən əvvəl aşağıda hər birinə bir misal verilib;
Sifətə Məsələn;
شَرِبَ زَيْدٌ الْمَاءَ الْبَارِدَ
Zeyd, soyuq suyu içdi
Tə'kidə Məsələn;
رَأَيْتُ زَيْدًا زَيْدًا
Zeydi, Zeydi gördüm
Bədəldə Məsələn;
تَكَلَّمْتُ مَعَ أَخِيكَ زَيْدٍ
Qardaşın Zeyd ilə danışdım
Atf əl-Bəyan Məsələn;
أَخُوكَ زَيْدٌ إِنْسَانٌ حَلِيمٌ
Qardaşın Zeyd yaxşı xasiyyətli bir insandır
Atf ən-Nəsək Məsələn;
قَامَ زَيْدٌ فَعَمْرٌو
Zeyd qalxdı, ardınca Amr qalxdı