2. Muzari Feli Cəzm Edən Ədatlar

Burada qeyd olunacaq edatlar bir cümlə daxilində 2 dənə muzari feli cəzm edər. Cəzm olunan birinci muzari felə şərt feli deyirik, ikinci muzari felə isə cəza feli deyirik. Qısa desək, "əgər bunu etsən, bu olar" kimi cümlə formalarını işlədəcəyik.

əgər إِنْ
-dikdə إِذْمَا إِذَامَا
kim مَنْ
o şey ki مَا
hər nə مَهْمَا
hər hansı أَيُّ
hər nə zaman مَتَى
hər harada أَيْنَمَا
hər nə zaman أَيَّانَ
hər hara حَيْثُمَا
hara أَنَّى
hər necə كَيْفَمَا

إِنْ

İn-i şərtiyyə bir hərfdir və bir cümlə daxilində iki muzari feli birlikdə cəzm edər.  Əgər, şərtən, isə kimi mənalar bildirir.

إِنْ تَسْتَغْفِرْ يَسْتَغْفِرِ اللهُ

Əgər bağışlanma istəsən Allah səni bağışlayar

اللهُ يَسْتَغْفِرِ تَسْتَغْفِرْ إِنْ
Fail Cəza Fili Şərt Fili Şərt edatı

*Adətən cəzm olunan kəlmədən sonra əlif-lamlı bir isim varsa, o kəlmə kəsrə ilə keçid edər və oxunar. Əgər misalda Allah kəlməsi olmasaydı, ikinci muzari olan cəza feli cəzmlə qalacaqdı.

إِنْ تَجْتَهِدْ تَنْجَحْ

Əgər çalışsan uğur qazanarsan

تَنْجَحْ تَجْتَهِدْ إِنْ
Cəza Fili Şərt Fili Şərt edatı

إِذْمَا

Bu edat əslində إِذْ "iz" kimi gəlir, amma مَا "mâ" şəkilçisini də alır. Bir çox yerdə إِذَامَا "izâmâ" kimi də görmək mümkündür. Bu edat iki muzari feli cəzm edər, önündəki muzari felə -isə, -incə, -dikdə, -kən kimi mənalar verir. 

إِذْمَا تَجْرِ تَتْعَبْ

Qaçsan yorularsan

إِذْامَا تَجْرِ تَتْعَبْ

Qaçsan yorularsan

تَتْعَبْ تَجْرِ إِذْمَا
Cəza Fili Şərt Fili Şərt edatı

مَنْ

Bu edat iki muzari feli cəzm edən edatlardandır. Ağıllı varlıqlar üçün istifadə olunan şərt edatıdır. Önündəki birinci muzari felə -kim, hər kim, hər kimi mənası verir.

مَنْ يَجْتَهِدْ يَنْجَحْ

Kim çalışsa uğur qazanır

مَنْ يَقْرَأْ كَثِيرًا تَزْدَدْ عِلْمَهُ

Kim çox oxuyarsa elmi artar

يَنْجَحْ يَجْتَهِدْ مَنْ
Cəza Fili Şərt Fili Şərt edatı

مَا

Bu edat iki muzari feli cəzm edən edatlardandır. Qeyri-ağıllı varlıqlar üçün istifadə olunur. Önündəki muzari felə o şey ki, nə, kimi mənalar verir.

مَا تَفْعَلُوا مِنَ الْخَيْرِ يَعْلَمْهُ اللهُ

Xeyirdən nə edirsinizsə Allah onu bilir Bəqərə 197

مَا تَفْعَلْ أُمِّي مِنَ الطَّعَامِ نَأْكُلْهَا

Anam yemək olaraq nə hazırlasa onu yeyirik

*Birinci misalda (yəni Bəqərə surəsi 197-ci ayədə) şərt bildirən birinci muzari fel cəm formada olduğu üçün hərəkə deyil, sondakı nun hərfinin düşməsi ilə məczum olub. Cəzm edən bir edat gəldikdə məlum olduğu kimi, muzari felin sonu hərəkəlidirsə cəzm olunur, təsniyələrdə təsniyə nunu düşür, müzekkər cəmilərdə nun düşür yerinə əlif gəlir, müfrəd müənnəs müxatəbədə sondakı nun düşür, nəfs-i mütəkəllimlərdə son hərəkə cəzm olunur, amma cəmi müənnəs formalarında heç bir dəyişiklik olmaz, çünki bu nun hərfləri məbnidir, irabdan ləfzən və ya təqdirən payı yoxdur. Ayədə şərt edatı olan "mâ" önündəki cəmi müzekkər muzari feli cəzm edib və onu şərt feli edib, bu şərtə qarşılıq olaraq ikinci muzari fel gəlib.

مَهَمَا

Bu edat iki muzari feli cəzm edən edatlardandır. Əvvəlki mâ edatından daha qapalı mənaya malikdir. Önündəki şərt feli olan muzari felə hər nə isə, hər nə olursa, hər nə qədər kimi mənalar verir.

مَهْمَا يَكُنِ الْجَوُّ فَإِنِّي ذَاهِبٌ

Hava necə olursa olsun gedəcəyəm

مَهْمَا تَفْعَلْ أَفْعَلْ

Nə etsən onu edərəm

أَفْعَلْ تَفْعَلْ مَهْمَا
Cəza Fili Şərt Fili Şərt edatı

أَيٌّ

Bu edat iki muzari feli cəzm edən edatlardandır. Ağıllı və qeyri-ağıllı varlıqlar üçün istifadə olunan şərt edatıdır. Əksərən muzaf olaraq işlədilir və önündəki muzari felə hansı, hər kimi, hər nəyi kimi şərt mənaları verir.

أَيًّا تَحْتَرِمْ أَحْتَرِمْ

Kimə hörmət etsən, ona hörmət edərəm

أَيًّا sözü cümlədə أَيَّ شَخْصٍ "hansı şəxsə" mənasında işlədilib.

أَحْتَرِمْ تَحْتَرِمْ أَيًّا
Cəza Fili Şərt Fili Şərt edatı

مَتَى

Bu edat iki muzari feli cəzm edən zaman zərfidir. Önündəki şərt muzari felə -dikdə, -zaman, -unca, -incə, hər nə zaman kimi mənalar verir.

مَتَى تَعْتَبْ تَسْتَرِحْ

Nə vaxt yorulsan dincəl

Yorulduğun zaman dincəl

Yorulanda dincəl

Yorulduqda dincəl

مَتَى تَكْذِبْ تُحَقِّرْ

Yalan danışsan alçaldılarsan

تَسْتَرِحْ تَعْتَبْ مَتَى
Cəza Fili Şərt Fili Şərt edatı

أَيْنَمَا

Bu edat iki muzari feli cəzm edən أَيْنَ "eyne" və مَا "mâ" sözlərindən ibarət mürəkkəb bir kəlimədir. Bu iki söz də məkan zərfidir və önündəki muzari felə hər harada, hər hara kimi mənalar verir.

أَيْنَمَا تَذْهَبْ أَذْهَبْ مَعَكَ

Hara getsən, səninlə gedərəm

أَيْنَ تَذْهَبْ أَذْهَبْ مَعَكَ

Hara getsən, səninlə gedərəm

أَيْنَمَا تُكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ

Harada olsanız, ölüm sizi tapar Nisa 78

أَيَّانَ

Bu edat iki muzari feli cəzm edən zaman zərfidir. Önündəki muzari felə -dığı zaman, -acağı zaman kimi mənalar verir.

أَيَّانَ تَسْتَغْفِر مِنْهُ يَسْتَغْفِرْ بِكَ

Ondan bağışlanma istədikdə səni bağışlayar

أَيَّانَ تَسْتَنْجِدْ بِهِ يُنْجِدْكَ

Ondan nə vaxt kömək istəsən köməyə gələr

حَيْثُمَا

Bu edat iki muzari feli cəzm edən məkan zərfidir. Sonundakı mâ düşərsə "cihət, yön, növ" bildirir və iki muzari feli cəzm etməz, bu səbəbdən haysuma kimi istifadə olunur. Önündəki şərt feli olan muzariyəyə hər harada, hər hara kimi mənalar verir.

حَيْثُمَا تَذْهَبْ أَذْهَبْ مَعَكَ

Hara getsən, mən də səninlə gedərəm

حَيْثُمَا يَنْزِلِ الثَّلْجُ يَبْرِدِ الْجَوُّ

Harada qar yağsa, orada hava soyuq olar

أَنَّى

Bu edat iki muzari feli cəzm edən məkan zərfidir. Önündəki muzari felə hər hara, hər harada, hər necə kimi mənalar verir.

أَنَّى تَذْهَبْ أَذْهَبَ

Hara getsən, ora gedərəm

أَنَّى تَكْتُبْ أَكْتُبْ

Necə yazsan, mən də elə yazaram

أَنَّى تَسْكُنْ أَسْكُنْ

Harada yaşasan, orada yaşaram

كَيْفَمَا

Bu edat iki muzari feli cəzm edən və كَيْفَ "keyfə" və مَا "mâ" sözlərindən ibarət mürəkkəb bir kəlimədir. Muzari felə necə, hər necə, -dığı kimi, etdiyi kimi mənalar verir.

كَيْفَمَا تَشْرَبْ أَشْرَبْ

Necə içsən, mən də elə içərəm

كَيْفَمَا تَعْمَلْ يُنْظَرْ إِلَيْكَ

Necə əməl etsən, sənə elə baxılar

Yuxarıda sadalanan bütün edatlar iki muzari feli cəzm edər və birinci muzari felə şərt, ikinci muzari felə isə cəza (cavab) feli deyilir. Əslində ikinci muzari fel, birinci muzari felin nəticəsidir. 

Şərt Fili: Həmişə cəza felindən əvvəl gəlir və əvvəlində yuxarıda qeyd olunan edatlardan biri olmalıdır. 

Cəza Fili: Şərt felinə cavab olaraq gələn məczum muzari feldir. 

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 2. Muzari Feli Cəzm Edən Ədatlar
🎓
Xoş gəldiniz! Sual soruşun!