Ecvef və Mu'tellu l-Ayn
Bir sözün yalnız ayn əl-felində olan illet hərflərindən vav və ya ya olarsa, bu felə əcvəf və ya mu'tell əl-ayn deyilir. Əgər əcvəf felin ortasındakı hərf vavdırsa, bu felə əcvəf bina-i vavi, ya hərfidirsə, əcvəf bina-i yai deyilir.
Əcvəf fellərə eyni zamanda "zus sulase", yəni 3 hərf sahibi də deyilir. Nəfs-i mütəkəllim vahdə siğəsi məzidə 3 hərf olduğu üçün belə adlandırılır.
| Mu'tellu l-Ayn | ||
| Əcvəf Fellər | Əcvəf Bina-i Vavi | Əcvəf Bina-i Yai |
| Son Hali | قَالَ | بَاعَ |
| Əslində | قَوَلَ | بَيَعَ |
| Məzdəri | قَوْلٌ | بَيْعٌ |
Cədvələ baxdıqda əcvəf bina-i vavi olan قَالَ felinin ortasındakı hərfin vav olmadığını görürük. Əslində orada bir vav hərfi var idi, amma "hərəkəli vav və ya ya hərfindən əvvəl felin səhhih hərflərindən bir hərf olarsa və bu hərf də fətxəli olarsa, o zaman bu hərəkəli vav və ya ya hərfi elif hərfinə çevrilir" qaydası üzrə elif hərfinə çevrilib. Eyni qayda ilə əcvəf bina-i yai olan بَاعَ feli də belədir. بَاعَ felinin ortasındakı hərf ya hərfi idi, amma az öncə qeyd etdiyimiz qayda üzrə elif hərfinə çevrilib. Biz əcvəf fel gördükdə felin ortasındakı elif hərfinin vavdanmı, yoxsa yadandırmı çevrildiyini anlamaq üçün məzdərə baxırıq. Əcvəf bina-i vavi olan قَالَ felinin məzdəri قَوْلٌ şəklindədir, göründüyü kimi felin ortasındakı hərf vavdır. Əcvəf bina-i yai olan بَاعَ felinin məzdəri isə بَيْعٌ şəklindədir, göründüyü kimi felin ortasındakı hərf ya hərfidir.
| Əcvəf Bina-i Vavi olan Fellər Sülasi Mücərrəd Babların 1, 4 və 5-ci babından gəlir | |||
| Bablar | Mazi | Muzari | Məzdər |
| 1-ci Bab | قَالَ | يَقُولُ | قَوْلٌ |
| Əslində | قَوَلَ | يَقْوُلُ | |
| 4-cü Bab | خَافَ | يَخَافُ | خَوْفٌ |
| Əslində | خَوِفَ | يَخْوَفُ | |
| 5-ci Bab | طَالَ | يَطُولُ | طُولٌ |
| Əslində | طَوُلَ | يَطْوُلُ | |
| Əcvəf Bina-i Yai olan Fellər Sülasi Mücərrəd Babların 2, 4 və 5-ci babından gəlir | |||
| Bablar | Mazi | Muzari | Məzdər |
| 2-ci Bab | بَاعَ | يَبِيعُ | بَيْعٌ |
| Əslində | بَيَعَ | يَيْبِعُ | |
| 4-cü Bab | هَابَ | يَهَابُ | هَيْبَةٌ |
| Əslində | هَيَبَ | يَهْيِبُ | |
| 5-ci Bab | هَيُؤَ | يَهْيُؤُ | هَيْأَةً |
| بَؤُسَ | يَبْؤُسُ | بَأْسٌ | |
Əcvəf bina-i yai olan və 5-ci babdan gələn fellərdə digər fellərdə olduğu kimi i'lal prosesi aparılmır. Onsuz da çox az fel bu babdan gəlir.
| Sülasi Məzid Bablardan Gələn Əcvəf Fellər | ||
| Bablar | Bina-i Vavi | Bina-i Yai |
| إِفْعَالْ | أَقَامَ | أَبَاعَ |
| تَفْعِيلْ | قَوَّلَ | مَيَّزَ |
| مُفَاعَلَة | قَاوَلَ | سَايَرَ |
| إِنْفِعَالْ | إِنْقَادَ | إِنْقَاسَ |
| إِفْتِعَالْ | إِجْتَابَ | إِخْتَارَ |
| إِفْعِلاَلْ | إِسْوَدَّ | إِبْيَضَّ |
| تَفَعُّلْ | تَقَوَّلَ | تَمَيَّزَ |
| تَفَاعُلْ | تَقَاوَلَ | تَمَايَزَ |
| إِسْتِفْعَالْ | إِسْتَقَامَ | إِسْتَلاَنَ |
| إِفْعِيلاَلْ | إِسْوَادَّ | إِبْيَاضَّ |