8. Səhih Muzari Fel
Sahih, yəni son hərfi sahih olan muzari feilinin əsas irabı amil-i manevidən (mənəvi olaraq öz-özünə) dammə ilədir. Qısası, əvvəlinə hər hansı bir cəzm və ya nəsb edən gəlməyən muzari feil hər vəziyyətdə dammə ilə irablanır. Təbii ki, bu, müfrəd olan muzari feillərdə və nəfs-i mütəkəllimlərdə keçərlidir. Təsniyələrdə məlum olduğu kimi, əlif və nun ilə, cəmlərdə müzəkkər üçün vav və nun, müənnəslərdə məbni bir nun ilə, müənnəs müxatəbədə isə ya və nun ilə irab alırlar.
| Muzari feilinin rəf əlaməti mənəvidir | |||
| Müfrəd Müzəkkər |
|
||
| Müfrəd Müənnəs |
|
||
| Təsniyə Müzəkkər |
|
||
| Təsniyə Müənnəs |
|
||
| Cəmi Müzəkkər |
|
||
| Cəmi Müənnəs |
|
||
| Nəfs-i Mütəkəllim |
|
||
*Müfrəd müzəkkər muzari bir feilinin rəf əlaməti qayıb və müxatəb üçün dammə ilədir
*Müfrəd müənnəs muzari bir feilinin rəf əlaməti qayıbədə dammə, müxatəbədə əlif və ya ilədir
*Təsniyə müzəkkər muzari bir feilinin rəf əlaməti qayıbdə və müxatəbdə əlif və nun ilədir
*Təsniyə müənnəs muzari bir feilinin rəf əlaməti qayıbədə və müxatəbdə əlif və nun ilədir
*Cəmi müzəkkər muzari bir feilinin rəf əlaməti qayıbdə və müxatəbdə vav və nun ilədir
*Cəmi müənnəs muzari bir feilinin rəf əlaməti qayıbədə və müxatəbədə məbni məftuh bir nun ilədir
*Nəfs-i mütəkəllim vahdə (1.tək şəxs) və nəfs-i mütəkəllim meal ğayr (1.cəm şəxs) muzari bir feilinin rəf əlaməti dammə ilədir.
يَكْتُبُ زَيْدٌ
Zeyd yazır
أَخْرُجُ مِنَ الْبَيْتِ
Evdən çıxıram
نَشْرَبُ الشَّايَ أَلْآنَ
Hazırda çay içirik
Sonu sahih olan bir muzari feilinin nəsb əlaməti fəthə ilədir. Muzarini mənsub edən 4 ədəd ədət var;
| إِذَنْ | كَىْ | لَنْ | أَنْ |
| Onda | Üçün | Heç vaxt | Məzdər təvili |
Muzari feili nəsb edən ədətlərə misallar;
| أَنْ |
| اللهَ | أُطِيعَ | أَنْ | أُحِبُّ |
| məful | Mənsub muzari | Ən | feil+fail |
| Allahı | itaət edirəm | -mağı, -məyi | Sevirəm |
| Allaha itaət etməyi sevirəm |
| لَنْ |
| لِلْكَافِرِينَ | اللهُ | يَغْفِرَ | لَنْ |
| məful | Fail | Mənsub muzari | Lən |
| kafirləri | allah | bağışlayar | heç vaxt |
| Allah kafirləri heç vaxt bağışlamayacaqdır |
| كَيْ |
| الْعِلْمَ | أُحِصِّلَ | كَيْ | الْعُمْرِ | طُولَ | أُحِبُّ |
| məful | mənsub muzari | key | m. ileyh | muzaf | feil+fail |
| elm | əldə edirəm | üçün | ömür | uzun | sevirəm |
| Elm əldə etmək üçün ömrün uzununu sevirəm |
| إِذَنْ |
| الْحَنَّةِ | تَدْخُلَ | إِذَنْ | اللهَ | أُطِيعُ | قَالَ | لِمَنْ |
| məful | mənsub muzari | izan | məful | muzari | mübtəda | li+men |
| cənnət | daxil olar | onda | allah | itaət edirəm | dedi | kim |
| Kim Allah-Təalaya itaət edərəm deyərsə, onda o şəxs cənnətə daxil olar |
Feili muzariyi cəzm edən ümumilikdə 15 ədəd ədət var. Qeyd edəcəyimiz ədətlərin ilk 4-ü tək bir muzari feili cəzm edir. Digər 11 ədət isə 2 muzari feili eyni anda cəzm edir. Cəzm olunan 2 muzari feildən birincisinə şərt, ikincisinə cəza feili deyilir.
| Bir Muzari Feili Cəzm Edən Ədətlər | |||
|
لِ əmr lamı |
لاَ qadağan lamı |
لَمْ cəhd-i mutlaq |
لَمَّا cəhd-i mustağraq |
| İki Muzari Feili Cəzm Edən Ədətlər | ||||||
|
مَهْمَا nə etsən |
مَا şey |
مَنْ kim |
أَيْنَ harada |
|||
|
إِنْ əgər |
إِذَامَا nə vaxt ki |
حَيْثُمَا harada ki |
إِذْمَا nə vaxt ki |
|||
|
||||||
لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ
Doğmadı və doğulmadı
لَمَّا يَنْفَعْ عُمْرِى
Ömrüm fayda vermədi
لِيَعْمَلْ عَمَلاً صَالِحًا
Saleh əməl ilə əməl etsin
لاَ تُذْنِبْ
Günah etmə
إِنْ تَتُبْ يُغْفَرْ ذُنُوبُكَ
Əgər tövbə etsən, günahların bağışlanar
مَهْمَا تَفْعَلْ تُسْأَلْ مِنْهُ
Nə etsən, ondan soruşularsan
مَا تَفْعَلْ مِنْ خَيْرٍ تَجِدْهُ عِنْدَ اللهِ تَعَالَى
Xeyirdən nə etsən, Allah qatında onu taparsan
مَنْ يَعْمَلْ عَمَلاً صَالِحًا يَكُنْ نَاجٍيًا
Kim saleh əməl işləsə, nicat tapan (qurtulan) olar
أَيْنَ تَكُنْ يُدْرِكْكَ الْمَوْتُ
Harada olsan, ölüm səni yaxalayar
مَتَى تَحْسُدْ تَهْلِكْ
Nə vaxt həsəd aparsan, həlak olarsan
أَنَّى تُذْنِبْ يَعْلَمْكَ اللهُ
Harada günah etsən, Allah səni bilər
أَيُّ عَالِمٍ يَتَكَبَّرْ يُبْغِضْهُ اللهُ تَعَالَى
Hansı alim təkəbbür etsə, Allah ona nifrət edər
حَيْثُمَا تَفْعَلْ يُكْتَبْ فِعْلُكَ
Harada bir əməl etsən, sənin əməlini yazılar
إِذْمَا تَتُبْ تُقْبَلْ تَوْبَتُكَ
Nə vaxt tövbə etsən, tövbən qəbul olar
إِذَامَا تَعْمَلْ بِعِلْمِكَ تَكُنْ خَيْرَ النَّاسِ
Nə vaxt elminlə əməl etsən, insanların xeyirlisi olarsan
Qeyd: Muzari feil heç vaxt məcrur olmaz. Yuxarıda qeyd olunan məczum 15 muzari feil müfrəddir.