1. Meful-ü Mutlaq

Fildən sonra, filin mənasını gücləndirmək, filin növünü bildirmək və filin sayını göstərmək üçün filin kökündən gələn məsdarlara mütləq məf'ul deyilir. 

*Tə'kid (gücləndirmək) üçün gələn mütləq məf'ul;

أَكَلَ الجَّائِعُ أَكْلاً

Aç elə yedi ki

ضَرَبَ زَيْدٌ ضَرْبًا

Zeyd bir vurmaqla vurdu

فَتَحَ مُحَمَّدٌ الْبَابَ فَتْحًا

Məhəmməd qapını elə bir açdı ki

*Tə'kid mənasını gücləndirmək üçün məsdar iki dəfə zikr olunur;

إِذَا دُكَّتِ الْأَرْضُ دُكًّا دُكًّا

Yer üzü dağılıb parça-parça olanda...

*Növ bildirmək üçün gələn mütləq məf'ul;

يَنَامُ زَيْدٌ نَوْمًا عَمِيقًا

Zeyd dərin bir yuxu yatır

إِذَا زُلْزِلَتِ الْأَرْضُ زَلْزَالَهَا

Yer üzü öz zəlzələsi ilə sarsıldığı zaman...

*Sayı bildirmək üçün gələn mütləq məf'ul;

شَرِبَ الْوَلَدُ شَرِبَتَيْنِ

Uşaq iki dəfə içdi

شَرِبَ الْوَلَدُ ثَلاَثَ شَرِبَاتٍ

Uşaq bir neçə dəfə içdi

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 1. Meful-ü Mutlaq
🎓
Xoş gəldiniz! Sual soruşun!