10. Sual (İstifham) Hərfləri
Ərəbcədə sual şəkilçisi kimi هَلْ "mısan, misən" və ya أَ "mı, mi" ədatları istifadə olunur.
* أَ ədatı müsbət və ya mənfi fel və ya isimlərin əvvəlinə gələ bilər.
أَ أَنْتَ قَائِمٌ؟
Ayaqdasan?
أَ كَتَبَ الْمُعَلِّمُ؟
Müəllim yazdı mı?
أَ لَمْ أَقُلْ لَكُمْ؟
Sizə demədim mi?
أَ لَمْ تَرَ
Görmədin mi?
* هَلْ ədatı müsbət sualların əvvəlinə gəlir;
هَلْ كَتَبْتَ الدَّرْسَ
Dərsi yazdın mı?
هَلْ أَنْتُمْ صَادِقُونَ؟
Doğru deyənlərdənsiniz?
أَ və هَلْ ədatlarından sonra inkar şəkilçisi olan لاَ ədatı istifadə oluna bilər;
أَ لاَ تَذْهَبُ
Getmirsən?
هَلْ لاَ تَنَامُ؟
Yatmırsan?
أَ ədatı أَمْ "yoxsa" ədatı ilə iki şey arasında müqayisə ilə sual verməyə kömək edir;
أَ مُحَمَّدٌ كَتَبَ أَمْ زَيْدٌ؟
Məhəmmədmi yoxsa Zeydmi yazdı?
*Yuxarıdakı sual ədatlarına cavab olaraq;
| نَعَمْ | أَجَلْ | جَيْرِ | بَلَى |
| Bəli | Bəli | Bəli | Bəli |
*Sual müsbətdirsə və cavab da müsbətdirsə; نَعَمْ və ya أَجَلْ və ya جَيْرِ istifadə olunur;
هَلَ قَرَأْتَ ذَلِكَ الْكِتَابَ؟
O kitabı oxudun?
نَعَمْ، قَرَأْتُهُ
Bəli, onu oxudum
نَعَمْ، قَرَأْتُ ذَلِكَ الْكِتَابَ
Bəli, o kitabı oxudum
أَجَلْ، قَرَأْتُ ذَلِكَ الْكِتَابَ
Bəli, o kitabı oxudum
جَيْرِ، قَرَأْتُ ذَلِكَ الْكِتَابَ
Bəli, o kitabı oxudum
*Sual müsbət, cavab mənfidirsə, cavab cümləsinin əvvəlinə لاَ ədatı gətirilir;
هَلَ قَرَأْتَ ذَلِكَ الْكِتَابَ؟
O kitabı oxudun?
لاَ، مَا قَرَأْتُهُ
Xeyr, onu oxumadım
لاَ، مَا قَرَأْتُ ذَلِكَ الْكِتَابَ
Xeyr, o kitabı oxumadım
*Sual mənfidirsə, cavab müsbətdirsə, cavab cümləsinin əvvəlinə بَلَى "bələ" ədatı gətirilir;
أَ لَمْ تَقْرَأْ ذَلِكَ الْكِتَابَ؟
O kitabı oxumadın?
بَلَى، قَرَأْتُ ذَلِكَ الْكِتَابَ
Bəli, o kitabı oxudum
سَئَلَ اللهُ أَ لَسْتُ بِرَبِّكُمْ؟
Allah soruşdu; Mən sizin Rəbbiniz deyiləm?
قَالُوا بَلَى، أَنْتَ رَبُّنَا
Dedilər: Bəli, Sən bizim Rəbbimizsən
*Sual mənfidirsə, cavab da mənfidirsə, cavab cümləsinin əvvəlinə نَعَمْ ədatı gətirilir;
أَ لَمْ تَلْعَبْ
Oynamadın?
نَعَمْ، لَمْ أَلْعَبْ
Bəli, oynamadım