2. Zamirlər

Zamirler mebnidir. Daha evvel bir çox dərsdə zamirlər mövzusu izah olunub. Burada cədvəl şəklində yenə verəcəyik, amma bilməli olduğunuz ən vacib məqam odur ki, zamirlər cümlə daxilində irab almır, irab baxımından yerləri yoxdur. Lakin hüve, hüma və hum zamirləri "müzekker qaib zamirlər" və müənnəs olan huma və hunne zamirləri cərr edici ön sözlə gəldikdə kəsrəli olurlar. Hamısını cədvəldə görək;

Munfasıl "Ayrı" və Muttasıl "Bitişik" Zamirlər

هُمْ

ـهُِمْ

هُمَا

ـهُِمَا

هُوَ

ـهُِ

Müzekker Qaib

هُنَّ

ـهُِنَّ

هُمَا

ـهُِمَا

هِيَ

ـهَا

Müənnəs Qaibə

أَنْتُمْ

ـكُمْ

أَنْتُمَا

ـكُمَا

أَنْتَ

ـكَ

Müzekker Muxatab

أَنْتُنَّ

ـكُنَّ

أَنْتُمَا

ـكُمَا

أَنْتِ

ـكِ

Müənnəs Muxataba

نَحْنُ

ـنَا

Nəfs-i mütəkəllim meal ğayr

أَنَا

ـنِي

Nəfs-i mütəkəllim vəhdə

Cədvəldə əvvəlcə munfasıl, sonra isə muttasıl zamir olmaqla bütün zamirlər alt-alta yazılıb. Gördüyünüz kimi, göstərilən zamirlər ayrı da yazılsa, bitişik də yazılsa, cərr yerində kəsrəli olurlar. Fəthə və dammə yerində isə heç bir dəyişiklik olmur.

جَاءَ هُوَ

O gəldi

رَأَيْتُهُ

Onu gördüm

سَلَّمْتُ عَلَيْهِ

Ona salam verdim

*Yuxarıdakı misallardan da göründüyü kimi hüve zamiri cərr mövqeyindədirsə, kəsrəli olur. Cərr mövqeyində olduğu halda kəsrəli olan digər zamirlər;

سَلَّمْتُ عَلَيْهِمَا

O ikisinə salam verdim (mn-mz)

سَلَّمْتُ عَلَيْهِمْ

Onlara salam verdim (mz)

سَلَّمْتُ عَلَيْهِنَّ

Onlara salam verdim (mn)

*huma, hum və hunne zamirləri belə hallarda kəsrəli olurlar.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Nahiv Bilikləri › 2. Zamirlər
🎓
Xoş gəldiniz! Sual soruşun!